Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanın Səlahiyyətli səfiri сənab Sancay Rana Biləsuvar rayonuna səfər edib


16 fevral 2018-ci il il tarixdə Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Sancay Rana Biləsuvar rayonuna səfər edib


Biləsuvar rayon  İcra Hakimiyyətində səfirlə keçirilən görüşdə İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev rayonda istər sosial-iqtisadi, istərsə də kənd təsərrüfatının sahəsində görülən işlərdən danışaraq, son illər ayrı-ayrı  sahələrdə əldə olunmuş uğurlar barədə məlumat verdi.

Bildirdi ki, rayonumuzda əsasən kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, tərəvəzçilik sahələri və heyvandarlıq  sürətlə inkişaf  edir. 2015-ci ildə 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə  6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır. Məhsulun becərilməsi və toplanması dövründə  20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.Bu ildə əhali artıq 8 min hektardan artıq pambıq əkininin müqaviləsini  bağlamışdır.Rayonda  səmərəsiz istifadə olunan Dövlət Fonduna aid 17 min  hektar qış otlaq sahəsinin  təyinatı dəyişdirilərək ərazidə  2 Aqropark yaradılıb.

“Yaşıl ada” və “Aqroinvestment GreenFirm” adlanan  Aqroparklarda müasir standartlara uyğun şərait qurularaq, minlərlə insan üçün iş yerləri yaradılmışdır.Aqroparklarda aparılan işlər davam etdirilir.

M.Quliyev səfirə rayonda fəaliyyət göstərən “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodu haqqında məlumat verib.

Səfiri Sanjay Rana görüş zamanı rayonda görülən işlərdən məmnunluğunu bildirdi və ona göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi.

Sonra səfir “Azərpambıq” MMC Biləsuvar rayon filialında və “Azərsun Holdinqin” Biləsuvar “Natural Green Land” konserv zavodunda olacağını və buradakı iş şəraiti ilə tanış olacağını qeyd edib.

Görüşün sonunda Səfirə adət ənənələrimizi əks etdirən xatirə hədiyyələri təqdim olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar