Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tibb bacısı ərini doğradı


Bakının Yasamal rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub


Kamran Mahmudov adlı şəxsin itkin düşməsi barədə məlumat daxil olub.

 Yaxınları onun evdən çıxıb getdiyini və bir daha geri dönmədiyinin bildiriblər. Ailə üzvləri ilə aparılan söhbət zamanı itkin düşən şəxsin həyat yoldaşının qeyri-səmimi ifadə verdiyi təxmin edilib.

Aparılan araşdırmalar zamanı Kamran Mahmudovun öz həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub. Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonu ərazisində meşədə basdırıblar. Meyitin basdırıldığı təxmin edilən əraziyə baxış keçirilib və Kamran Mahmudovun hissələrə bölünmüş meyiti aşkarlanıb. 

Qətli törətmiş Lalə Mahmudovanın Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı, qətldə iştirak edən Sədi adlı şəxsin isə zərgər işlədiyi bildirilir. Zərgər işləyən şəxsin Mərkəzi Univermaqda iki mağazasının olduğu qeyd edilir. Onun Lalə Mahmudova ilə tanışlığı qızın anası vasitəsilə olub.

Hər iki şəxs Yasamal Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar