Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’


Xalid KAZIMLI yazır


Son bir ayda əməkdaşlarımız erməni mediasını diqqətlə izləyir, ölkəmizə bu və ya digər şəkildə aidiyyatı olan materialları ruscadan tərcümə edir, Musavat.com saytında yayırıq.

Bunu ona görə edirik ki, maraqlıdır. Qoy ictimai-siyasi fəal oxucularımız qonşu, eləcə də bizə düşmən olan ölkədə nə baş verdiyini, əsas düçüncələrin nə olduğunu öz ağızlarındanca eşidib (bu variantda - oxuyub) bilsinlər.

Yazılarını, açıqlamalarını dilimizə çevirdiyimiz şəxslər erməni cəmiyyətinin tanınmış, savadlı fərdləridir, Qarabağ münaqişəsi üzrə bilgilərə, xüsusi mülahizələrə malik ekspertlərdir. 

Bu ekspertlərin, demək olar ki, hamısı millətçidir, Ermənistan dövlətinin əlverişsiz geosiyasi durumunu, millətin iqtisadi vəziyyətini gözəl anlayır və istəyirlər ki, vəziyyət kardinal şəkildə yaxşılığa doğru dəyişsin.

Onların yazı və açıqlamalarında necə bir çıxılmaz duruma düşdüklərinin fərqində olduqları aydın şəkildə görünür. 

Ümumi götürdükdə biz də ağ gündə deyilik və Qarabağ münaqişəsinin yaratdığı ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi böhranın çuxurunda çabalayırıq. 

Ancaq düşünün ki, ermənilər özlərini bizdən də artıq dərin girdabda hiss edirlər. 

Biz heç olmasa bilirik ki, Qarabağ münaqişəsi beynəlxalq qanun və konvensiyalara uyğun şəkildə həll edilsə, azad və qanuni seçkilər keçirə bilsək, qonşulumuzdakı böyük dövlətlərlə (Türkiyə, İranRusiya) münasibətlərimizi bərabərhüquqli müstəvidə qursaq, ölkə sağlam və düzxətli rels üzərinə oturar, irəli gedərik. 

Ermənilər bu sayaq pozitiv düşüncələrdən belə məhrumdurlar. Düzdür, ekspertlərin sırasında Ermənistanın gələcəyini Qərbə inteqrasiyada, Rusiyanın vassallığından xilas olmaqda görənlər də var. Ancaq onlar da öz fikirlərini bir az inkişaf etdirib açanda ortaya çıxır ki, söhbət sahib dəyişməkdən gedir. Yəni Qərbpərəst ekspertlər istəyirlər ki, Rusiyanın onlara vermədiyini Qərb versin. 

Söhbət Qarabağdan gedir. Ermənilər Qarabağı Rusiyanın hərbi gücü ilə işğal etdiklərini və həmin hərbi güc hesabına əldə saxladıqlarını danmırlar, ən azı öz aralarında etiraf edirlər, fəqət onun da fərqindədirlər ki, Rusiya Qarabağın Ermənistanın əyaləti olaraq sənədləşdirilməsini və Azərbaycandan birdəfəlik qopararaq mübahisəyə son qoyulmasını həyata keçirmək istəmir. 

Ermənilər düşünür ki, Qərb Kosovonu Serbiyadan qoparıb bütün dünyanın fakt qarşısında qoyaraq, öz iradəsini diktə etdiyi kimi eyni hərəkəti Azərbaycana qarşı da edə bilər. 

Yenə hüdud bilməz erməni maksimalistliyi ilə üz-üzəyik. Bu günlərdə həmin “ziyalı”lardan biri təəssüf və kədər hissi ilə bildirib ki, ermənilər son yüz ildə Naxçıvanı, Qarsı itirib, yalnız Qarabağı saxlaya biliblər, indi ona da təhlükə var. 

Sanki 100 il əvvəl regionda böyük erməni dövləti olub və o, ərazi itkisinə məruz qalıb. 

Erməni xalqının ictimai rəyini formalaşdıran bu şəxslər millətin, dövlətin gələcəyini və təhlükəsizliyini təmin etmək üçün öz qonşuları (əsasən də Türkiyə və Azərbaycan) ilə dil tapmağın vacibliyi variantını kənara qoyur, düşünürlər ki, erməni xalqının hamisi olan böyük dövlətlər bu qonşularla onların arasında dayanmalı və dünya durduqca erməniləri hifz etməlidir. 

4 günlük aprel döyüşlərindən sonra ermənilər Rusiyanı artıq güclü himayədar saymır, rusların onlara xəyanət etdiyini düşünür və demək olar ki, hər gün bu barədə mediada yazırlar. 

Populyarlıq qazanmış əsas rəy bundan ibarətdir ki, Rusiya erməniləri qorumalı, Azərbaycanla döyüşməli, aprel eskalasiyasından istifadə edərək Qarabağı qoparıb ermənilərə verməliydi. 

Bu hadisələrdən sonra ermənilərin ruslardan narazılığı ilə yanaşı, umacaqları da artıb. Düşünürlər ki, Rusiya Ermənistana maliyyə axınını, investisiya yatırımını gücləndirməli, hərbi qüvvələrini modern silahla təchiz etməli, beynəlxalq miqyasda tam siyasi dəstək verməli, Rusiyada yaşayan erməniləri əl üstündə tutmalı, Türkiyə ilə “erməni davası” aparmalıdır. 

Ən qəribəsi budur ki, Rusiya bütün bunları edə-edə Ermənistanın daxili işlərinə qarışmamalıdır, hətta onun Qərbə inteqrasiyasına, NATO və başqa qurumlarla işvəli münasibətlər qurmasına da göz yummalıdır. 
 
Erməni ekspertlər yalnız bir suala cavab vermir və vermək istəmirlər ki, Rusiya bütün bunları niyə etməlidir, özünü müstəqil sayan və eyzən suverenlikdən danışan bir oqranizmi öz bətnində parazit kimi nəyə görə saxlamalıdır.

Bir sözlə, qarşımızda nə edəcəyini, hara gedəcəyini, kiminlə dost olacağını bilməyən, gələcəyini aydın görməyən bir düşmən var. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar