Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifəli şəxs 1 milyon dollar rüşvət aldığına görə saxlanılıb


"Şakro Molodoy"dan 1 mln. dollar rüşvət alan RF İstintaq Komitəsinin rəhbərləri həbs olunub


Moskvanın Lefortov rayon məhkəməsi Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrov barəsində rüşvət alması ilə bağlı iş üzrə sentyabrın 15-dək həbs-qətimkan tədbirinin seçib.  
 
APA-nın məlumatına görə, sentyabrın 15-dək həbs-qətimkan tədbiri həmçinin Rusiya İstintaq Komitəsinin Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Maksimenko və onun müavini Aleksandr Lamonov barəsində də seçilib.

Məlumata görə,  Nikandrov,  Maksimenko və Lamonov rüşvət almaları barədə ittihamı qəbul etməyiblər.  
 
Rusiya İstintaq Komitəsinin saxlanılan üç rəhbər şəxsi “qanuni oğru” Şakro Molodoydan (Zaxariy Kalaşov) rüşvət almaqda şübhəli bilinirlər.
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidməti ötən gün Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi rəhbərinin müavini Denis Nikandrovu saxlayıb.
 
Federal Təhlükəsizlik Xidməti qeyd olunan şəxsləri 2016-cı ilin yanvarından izləyib.
 
FTX-dən verilən məlumata görə, saxlanılan şəxslər səlahiyyətlərini aşmaqda və rüşvət almaqda şübhəli bilinirlər. Onların iş yerlərində və evlərində axtarış aparılır. 
 
Məlumata görə, Nikandrov böyük məbləğdə pul müqabilində “Şakro Molodoy”un cinayət işi ilə bağlı məsələni  “həll edəcəyini” vəd edib. Onun bir milyon dollar rüşvət aldığı bildirilir.
 
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar