Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir


Talessemiya və Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır


PİA.AZ  xəbər verir ki, hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün Veysəloğlu Şirkətlər Qrupu mütəmadi olaraq “Bir damla qan, qurtarılan bir can” şüarı ilə qanvermə aksiyaları keçirir. Növbəti belə bir aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Belə ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə aprel ayının son həftəsi ərzində Veysəloğlu Qrupun Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu. 

Məlumat üçün qeyd edək ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. 

Ona görə də dünyada milyonlarla insan bu cür xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.  

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar