Maykl Pompeonun Reks Tillersonun yerinə ABŞ-ın dövlət katibi postuna təyinatı Vaşinqtonun anti-Rusiya ritorikasını gücləndirə bilər
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutskiy bildirib.
Slutskiy xatırladıb ki, Mayk Pompeo daha əvvəllər Rusiya əleyhinə bir neçə dəfə kəskin bəyanatla çıxış edib.
Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu istefaya göndərib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo onu əvəz edib.
pia.az