Türkiyədə ABŞ dolların məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD - tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb
Dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər onsuz da yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.
pia.az