Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Rusiya ilə bağlı iki mühüm məqam


Düşünmürəm ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması “Türk axını” layihəsini yenidən gündəmə gətirəcək


Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Türkiyənin Rusiya ilə barışması fonunda iki ölkənin ortaq layihəsi olan “Türk axını”nın yenidən gündəmə gəlmə ehtimalını şərh edən ekspert hesab edir ki, münasibətlərin yaxşılaşması kəmərin reallaşmasına təsir etməyəcək:
 
“Türk axını” layihəsi münasibətlər pisləşməzdən öncə gündəmdən çıxmışdı. Bunun səbəbi layihənin çıx bahalı olması və bazarın konkret müəyyənləşdirilməməsi ilə bağlı idi. Nəzərə alsaq ki, bu layihə Türkiyə vasitəsilə Avropaya çıxmalı olan qazın nəqlini nəzərdə tuturdu. Praktik olaraq da Avropa-Rusiya münasibətlərinin gərginləşməsi layihənin taleyini sual altında qoydu. Yalnız Rusiyanın deyil, eyni zamanda, hazırda Türkiyənin də maliyyə durumu yaxşı deyil. Hər iki ölkənin iqtisadi və maliyyə vəziyyəti yaxın gələcəkdə belə bir bahalı layihəni maliyyələşdirməyə  imkan vermir”.
 
İqtisadçı daha bir məsələyə, Ankara-Moskva yaxınlaşmasının Rusiya bazarında Azərbaycana təsirlərindən də söz açıb:
 
“Təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması Azərbaycan üçün vacibdir. Bu, strateji baxımdan Azərbaycanın maraqlarına təsir göstərir. Türkiyə Rusiya bazarını tərk etdikdən sonra Azərbaycan qısamüddətli dövrdə bu bazara daxil olmuşdu. Türkiyənin yenidən Rusiya bazarına qayıtması iqtisadi baxımdan ölkəmizə müəyyən qədər təsir göstərə bilər. Ancaq söhbət elə də böyük təsirlərdən getmir. Strateji baxımdan iki ölkənin münasibətlərinin əvvəlki qaydasına düşməsi Bakı üçün daha əhəmiyyətlidir”.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bundan sonra isə iki ölkə arasında münasibətlər qaydaya düşməyə başlayıb.
 
Liderlər məlum hadisədən sonra ilk dəfə Sankt-Peterburqda avqustun 9-da bir araya gələcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar