Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın komandası Rusiyaya qarşı loyallıq edir


ABŞ-ın seçilən prezidneti Donald Trampın komandası Rusiya xüsusi xidmət orqanlarının 2016-cı ilin noyabrında prezident seçkiləri zamanı ABŞ-a qarşı kiber hücumlar təşkil etməsi barədə gedən informasiyalarla bağlı növbəti dəfə açıqlama verməyə məcbur olub


Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin gələcək mətbuat katbi Şon Speyserin söylədiklərinə görə, onlar ABŞ kəşfiyyatının bununla bağlı əsaslandırılmış və inamlı sübutlar təqdim etdiyini düşünmürlər.

“Tələsik mülahizələr heç kimə fayda gətirmir”,- Trampın nümayəndəsi jurnalistlər qarşısında çıxış edərkən  belə deyib.

Speyserin bildirdiyinə görə, ABŞ-ın yeni prezidenti hər gün ölkənin kəşfiyyat orqanlarının onun üçün hazırladıqları birfinqləri dinləyir və görünən budur ki, kəşfiyyatın sübutları o qədər də möhkəm deyil.

Trampın sözçüsü Federal Təhqiqatlar Bürosu və Milli Təhlükəsizlik Nazirliyinin keçən həftə yayımladığı məruzəni Demokrat partiyasının milli komitəsinin informasiya təhlükəsizliyini yaxşılaşdırmaq üçün praktik rəhbər kitabçası adlandırmaqdan belə çəkinməyib.

Image result for trampın komandası


NBC Today kanalında gedən televiziya şousunda isə Speyser məruzənin İncil olmadığını və ona tam həqiqət kimi yanaşmağın doğru olmadığını söyləyib.

“2015-ci ildə Çin hakerləri milyonlarla amerikalıya məxsus məlumatları oğurladılar. Həmin vaxt Ağ Ev heç buna səsini də çıxarmadı”, - Speyser qeyd edib.

İndi Tramp və onun ətrafı ya konkret sübutlarla dolu məruzəni, ya da Moskvanın kiber hücumlarda əli olduğunun ümumi şəkildə güman olunduğunu etiraf edən sənədi gözləməlidir.

Olub-bitənlər yeni prezidenti deyəsən heç narahat etmir. Yeni ili “Mar a Laqo” klubunda qeyd edən D.Tramp Demokrat partiyasına edilən haker hücumların Rusiya tərəfindən deyil, başqa biri tərəfindən edilə biləcəyini düşündüyünü söyləyib.

O, Vladimir Putini 35 rus diplomatının ABŞ-dan qovulmasına görə əks tədbirlər görməməsinə görə tərfiləyib və onun hərəkətinin olduqca dərrakəli olduğunu vurğulayıb.

“The Times” qəzeti kiber hücumlar məsələsinin Tramp üçün ciddi sınaq olacağını yazıb. 

Bu həftə ABŞ Senatının Respublikaçılar partiyasından üzvü Con Makkeyn rus hakerləri ilə bağlı Senatda xüsusi araşdırmaya başlayacaq.

Image result for makkeyn

 “Əgər Tramp bu məsələyə məhəl qoymasa, demək, bizim təhlükəsizlyimiz üçün narahat olmağa kifayət qədər əsasımız var”, Eurasia Group konsaltinq şirkətinin prezidneti Yen Bremmer söyləyərək əlavə edib:

“Trampın bu hərəkəti “hər şeydən öncə Amerika” deyil, “hər şeydən öncə Tramp” demək olacaq ki, bu onun imicinə zərbə vuracaq”.

Trampın partiyasından olan senatorların da yeni prezidentin Rusiya məhəbbətinə dözməyə həvəsləri yoxdur.

Bu günlərdə ABŞ Senatının 3 üzvü, Con Makkeyn, Lindsi Qrem və Emi Klobuşar Gürcüstana səfər ediblər.

ABŞ senatorları Rusiya qoşunlarının işğal etdiyi Cənubi Osetiyanın sərhədinin keçdiyi Qori rayonunun Xurvaleti kəndinə gediblər.

“Biz Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığını dəstəkləmək üçün hər şeyi edəcəyik. Gürcüstanın minlərlə vətandaşının həyatı Rusiyanın təcavüzündən sonra dağılıb. Mən əminəm ki, ABŞ-ın gələcək hökuməti və Konqresinin Gürcüstana olan dəstəyi dəyişməyəcək. Biz Gürcüstan ordusunun təlim proqramlarında da köməklik göstərəcəyik”,- Con Makkeyn bəyan edərək D. Tramp adminstrasiyasına xəbərdarlıq siqnalı göndərib.

Makkeyn jurnalistlərlə söhbətində ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltmaq əvəzinə daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Senator Makkeyn də Demokrat partiyasına edilən hücumların arxasında Rusiyanın dayandığına əmin olduğunu bildirib.

Senator Lindsi Qrem isə sanksiyalarla Putinin şəxsən özünə, habelə Rusiyanın enerji və bank sektorlarına zərbə vurulmasının mühüm olduğunu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar