Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın inauqurasiyasına Elin Süleymanov gedəcək


Azərbaycanı səfir Elin Süleymanov təmsil edəcək; ABŞ-ın Bakıdakı səfiri isə geri çağırılıb-çağırılmayacağı barədə danışdı


Donald Trampın prezident kimi fəaliyyətə başlayandan dərhal sonra ABŞ-ın əksər ölkələrdəki səfirlərini dəyişəcəyi barədə bir neçə gün öncə “New-York Times” qəzeti diplomatlara istinadən xəbər yayıb. 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da geri çağırılacağı barədə xəbərlər yayılmışdı. Hətta bildirilirdi ki, Yeni il bayramını vətənində keçirmək üçün ABŞ-a gedən cənab Sekutanın artıq Bakıya səfir kimi qayıtmaması da istisna deyil. 

Lakin səfirliyin əməkdaşı Mehdi Hüseynquliyev “Yeni Müsavat”a  bildirib ki, səfir Robert Sekuta artıq Bakıya qayıdıb və işinin başındadır. Səfir R.Sekuta isə APA-ya açıqlamasında səfir vəzifəsindən geri çağırılb-çağırılmayacağı barədə suala birmənalı “Geri çağırılmayacağam” kimi cavab verməyib. Sekuta sadəcə deyib ki, cənab Tramp onu burada saxlasa, qalacaq: “Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. 

Trampın isə inauqurasiya mərasiminə sayılı günlər qalıb. Yanvarın 20-də D.Tramp and içəcək və yanvarın 21-dən ABŞ prezidenti vəzifəsini həyata keçirməyə başlayacaq. İnauqurasiya komitəsinin yaydığı məlumata görə, mərasimin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq. Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.
Yanvarın 21-də duaların oxunduğu mərasimlə səhər yeməyi veriləcək. Mərasimə müxtəlif dinlərin bir neçə min nəfərdən ibarət təmsilçisi, həmçinin ABŞ siyasəti və işgüzar elitasının nümayəndələri qatılacaq.

Mərasimə son dərəcə ciddi təhlükəsizlik hazırlıqları da aparıldığı bildirilir. ABŞ-ın xüsusi xidməti və paytaxt polisi hesab edir ki, yeni seçilən prezident Donald Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyası zamanı Vaşinqtonda dünyanın ən çətin əməliyyatlarından biri qeydə alına bilər. “The New York Times”in yazdığına görə, hazırda Tramp tərəfdarları ilə seçkinin nəticələrindən narazı qalanlar arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün ciddi hazırlıq gedir. 

İnauqurasiyaya Trampın bir milyona yaxın tərəfdarının gələcəyi gözlənilir. 

İnauqurasiya mərasimində iştirak üçün Bakıya heç kimə dəvət gəlmədiyi barədə diplomatik mənbələrdən “Yeni Müsavat”a məlumat daxil olub. Xəbərdə bildirilir ki, Azərbaycan adına dəvət ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova olub. 

ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Mehdi Hüseynquliyev “Yeni Müsavat” açıqlamasında bildirib ki, Bakıya dəvət gəldiyi barədə məlumata malik deyil. 

Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi dövlət orqanları da ABŞ prezidentinin inauqurasiya mərasiminə Bakıya dəvət gəldiyi barədə rəsmi açıqlama yaymayıb.  
Xatırladaq ki, 2013-cü ilin yanvarında Barak Obamanın inauqurasiya mərasimində də ölkəmizi Azərbaycanın ABŞ-dakı səfiri təmsil etmişdi. Belə görünür ki, ABŞ bu dəfə də səfirlə kifayətlənəcək. Bununla belə, ekspertlər bildirir ki, Bakıya xüsusi dəvətin olmaması Azərbaycan iqtidarı ilə Tramp hakimiyyəti arasında problemlərin olacağını söyləmək üçün əsas sayıla bilməz. Azərbaycan hakimiyyətinə əvvəlki dönəmlərdə də respublikaçılarla işləmək demokratlarla işləməkdən daha rahat olub. Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar