Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp qalmaqallı qərarını ləğv etdi

Uşaqların ağladığı fotolar ona təsir edib


Birləşmiş Ştatlar prezidenti Donald Tramp qanunsuz miqrantların övladlarının ailələrindən ayrı mərkəzdə saxlanılması ilə bağlı qərarını həm ölkədaxili, həm də xaricdən gələn reaksiyalara görə ləğv edib.

Sputnik Azərbaycan “BBC Türkcə”yə istinadən xəbər verir ki, Tramp iradların ardından sonra valideynlərin övladları ilə birlikdə saxlanılmasını nəzərdə tutan qanun çıxarıb.

Trampın qərarına əsasən, Meksikadan ölkəyə qanunsuz olaraq gələn yeniyetmələr saxlanılır və miqrant mərkəzlərində yer qalmadığı üçün federal həbsxanalara göndərilirdi. Onların haqqında ölkəyə qanunsuz keçdikləri üçün cinayət işi açıla bilər. Bu müddətdə isə uşaqlar öz valideynlərindən ayrı sığınma mərkəzlərində qala bilərlər.

Bir düşərgədə onlarla uşağın məftillərlə ayrılan qəfəslərdə saxlanılmasını göstərən fotolar və uşaqların ağlamasını əks etdirən səs yazıları bütün dünyanın reaksiyasına səbəb olmuşdu. ABŞ prezidenti çərşənbə günü imza mərasimində uşaqların ailələrindən ayrılarkən ağladıqlarını əks etdirən fotoların ona təsir etdiyini bildirib.

Lakin Tramp, eyni zamanda sərhədi qanunsuz keçən şəxslərə qarşı cinayət işinin açılmasını nəzərdə tutan siyasəti davam etdiriləcəyini deyib. Ağ Ev rəhbərinin imzaladığı yeni qərara əsasən, uşaqların sağlamlığına zərər vuracaq hallardan başqa miqrant ailələr öz övladları ilə birgə saxlanılacaq. Bu prosesin nə qədər davam edəcəyinə dair isə konkret müddət yoxdur.

ABŞ prezidenti mərasimdə çıxış edərkən həyat yoldaşı Melaniya və qızı İvankanın bu məsələdə çox həssas olduqlarını qeyd edib: “Məncə qəlbi olan hər kəs bu məsələdə həssaslıq göstərərdi. Ailələrin bir-birindən ayrıldığını görmək istəmirik”.

Trampın yeni qərarının nə vaxtdan qüvvəyə minəcəyi də açıqlanmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar