Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ter-Petrosyan Xankəndidə Bako Saakyanla görüşdü

Mayın 3-də Azərbaycanın işğal atındakı Xankəndi şəhərində Qarabağ separatçılarının başçısı Bako Saakyanla Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan arasında görüş olub


Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə genişmiqyaslı hərbi əməliyyatlara aid məsələlər bir sıra məsələlər, xüsusilə də 2-5 aprel tarixlərində Qarabağda gedən döyüşlər müzakirə mövzusu olub.

 Bu ağır situasiyada, xüsusilə də Ermənistanda və Qarabağ erməniləri arasında vahiməli əhval-ruhiyyənin hökm sürdüyü bu günlərdə Ter-Petrosyanın Xankəndinə uzun illərdən sonra nə üçün gəlməsi barədə dürüst açıqlama verilməyib və erməni mənbələri ümumi sözlərlə kifayətlənib.

 Məlumata görə, Bako Saakyan indiki dönəmdə birliyin zəruriliyindən danışıb, erməni xalqının üzləşdiyi problemlərin həlli üçün siyasi qüvvələrin səfərbər olunmasını vacib sayıb. 

Aprel toqquşmalarından sonra Ter-Petrosyan mövqeləri zəifləyən Ermənistan prezidenti Serj Sərkisyanı ayağına, evinə çağırmışdı və mövcud vəziyyətlə bağlı onunla müzakirələr aparmışdı. Elə həmin görüşdən sonra keçmiş prezident Xankəndinə gedərək “DQR” rəhbərliyi ilə də durumu dəyərləndirəcəyinin anonsunu vermişdi.  

Müşahidələr bunu deməyə əsas verir ki, Levon Ter-Petrosyan mövcud reallıqları Saakyana başa salmağa gəlib. Hələ prezidentliyi dövründə o, Dağlıq Qarabağa ən yüksək muxtar statusun verilməsinin qarşılığında Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxması variantını dəstəkləyirdi. Qeyd edək ki, 1998-ci ildə Ter-Petrosyan gələcəkdə Azərbaycanın güclənəcəyini və indiki şərtləri qəbul etmək üçün ermənilərin yalvarmalı olacağını demişdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar