Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış rejissorun ad günü məclisindəki ölümünün təfərrüatları


Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib


Musavat.com-un məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı “Dalğa” restoranında baş verib. 

Restoranda aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri keçirilməliymiş. Ələkbər Kazımovski də məclisin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub: “Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”. 

Ələkbır Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib: “Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi “yox”. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Bir qohumlarının tövsiyyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi”. 

Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib. 

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də və ANS telekanalında çalışıb.
 
Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar