Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TİA.AZ-ın 5 yaşı tamam olur


Əlişir Əhəd: “Bu illər ərzində çox uğurlara imza atdıq, amma bununla kifayətlənmək fikrində deyilik”


Bu gün “Tribuna” İnformasiya Agentliyinin 5 yaşı tamam olur. 2009-cu il oktyabrın 2-dən fəaliyyətə başlayan sayt bu illər ərzində özünü təsdiqləməyi bacarıb. Bu illər ərzində enişli-yoxuşlu yollar keçən www.tia.az maksimal şəkildə neytrallığını qoruyub saxlamaqla yanaşı, operativ xəbər portalı kimi də tanınıb.

Yubileylə bağlı açıqlama verən portalın rəhbəri Əlişir Əhəd deyir ki, 5 il ərzində tia.az-ın ərsəyə gəlməsi, ayaqda durması, operativliyini təmin etməsi üçün xeyli əziyyət çəkiblər. “Heç bir iş asan başa gəlmir. Xəbərçilik, informasiya ilə təmin etmə məsələsi isə olduqca ağır və məsuliyyətlidir. Çünki bir xəbər agentliyi olaraq, oxucunu ölkədə və dünyada baş verən bütün hadisələrlə məlumatlandırırsan. Müasir dünya düzənində bunun nə qədər çətin olduğuni deməyə gərək yoxdur. Zövqlər, maraqlar, hər şey bir-birindən fərqlənir. Belə olanda, şübhəsiz əziyyətlərimiz də artır. Amma buna baxmayaraq, xeyli zövqlü və maraqlı işimiz var”.

Əlişir Əhəd deyir ki, tia.az-ı ən minimal imkanlar hesabına yaradıb. “İlk dəfə bu ideyanı reallaşdıranda bəziləri mənə irad tutdular ki, boş şeylərə qol qoyuram. Amma zaman keçdi, 5 ildən sonra həmin dostlarım, tanışlarım bu gün özləri xəbər portallarına rəhbərlik edirlər və ya orada işçi kimi çalışırlar. Kiçik resurslarla ölkə saytları arasında özümüzə görə reytinqimiz var.Təbii ki, bu günkü durumumuzla razı deyilik. Daha güclü, daha böyük auditoriyanı əhatə etməyə çalışırıq”.

Portalın rəhbəri deyir ki, yeni layihələrin üzərində çalışırlar. Onun sözlərinə görə, hazırda bir neçə yeniliklər ediblər. “Bir neçə yeniliklər etmişik. Bu yaxınlarda tia.az-ın yeni formatını hazırlamışıq, artıq istfadədədir. Bundan əlavə, bir sıra maraqlı layihələr də həyata keçirməyə hazırlaşırıq. Bu gün ölkə mətbuatında sayt bolluğu olsa da, bir sıra boşluq var. Məsələn, hazırda analitik yazılar və araşdırmaların sayı həddindən artıq azdır. Bu boşluğu doldurmaqda iddialıyıq. Dünyada və ölkədə baş verən proseslərin mobilliyini nəzərə alaraq, daha operativ xəbər yayımlamaq üçün yeni vasitələrdən istifadə edirik. Eləcə də, digər məsələlərdə də ciddi şəkildə öndə olmaq niyyətindəyik”.

Əlişir Əhəd həmçinin internet medianın mövcud problemlərindən də danışıb. O deyib ki, faktiki olaraq həmin problemləri aradan qaldırmaq tək bir saytın imkanları daxilində deyil. “Bu gün saytların yaşaması, fəaliyyət göstərməsi üçün ciddi maliyyə resursuna ehtiyac var. Bu da əsasən reklam bazarı hesabına formalaşan bir faktordur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda uzun illərdir reklam bazarı formalaşmayıb. Daha dəqiqi, burda da inhisar var. Həmçinin, bəzi dələduzlar peyda olub və onlar pul qazanmaq üçün bütün ləyaqətsiz vasitələrdən istifadə edirlər. Məsələn, bu gün nüfuzlu, çoxsaylı oxucusu olan saytların adından sui-istifadə edən bir şəbəkə mövcuddur. Onlara heç hüquq-mühafizə orqanları belə bacara bilmir. Belələrini, mətbuatdan rədd etmək lazımdır. Çünki belə adamlar mətbuatın normal qaydada inkişa etməsinin başlıca əngəlləridir”.

Sayt rəhbəri maraqlı bir məqama da toxunub. O deyib ki, indiyə qədər tia.az yazdıqlarına görə, cəmi bir dəfə məhkəməyə verilib. “5 il ərzində yazdıqlarımızdan dolayı cəmi bir dəfə məhkəməyə verilmişik. Bu hər sayta nəsib olan hal deyil. Ona görə yox ki, heç nə yazmadıq deyə, bizi məhkəməyə çəkməyiblər. Və ya Azərbaycanda məmurlar mətbuatla “mehriban” davranırlar. Əksinə, biz maksimum çalışmışıq ki, bütün tərəflərin mövqeyini verək. Ki, kimsə bizi məhkəmlərə verə bilməsin. Yəni, dürüst, dəqiq və obyektivliyimizdən dolayı başımız ağrımayıb”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar