Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya problemi çözüləcəkmi? - Soçi görüşünün nəticələri


Politoloq: “Zirvədə qəbul olunan qərar Suriyada geosiyasi maraqları olan və ABŞ-ın alət olaraq istifadə etdiyi PKK terrorçuları daxil, digər radikal terrorçuların da dağıdıcı və parçalayıcı siyasətini zəiflədəcək”


“Dünyanın diqqət mərkəzində olan Soçi üçlü zirvəsindən çıxan qərarlar bütövlükdəYaxın Şərq regionu üçün çox böyük əhəmiyyət daşıyır və qəbul edilən qərarlar yerinə yetirilərsə, gələcəkdə Suriyanın gələcəyi ilə bağlı yeni konstitusiyanın qəbul olunması və bu yöndə azad, demokratik, şəffaf, BMT-nin nəzarəti altında bir seçkinin keçirilməsi nəzərdə tutulur”.

Bu sözləri politoloq Natiq Miri Soçidə Rusiya, İran və Türkiyə liderlərinin Suriya ilə bağlı qəbul etdikləri bəyanatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Ərdoğan, İran prezidenti Ruhani və Rusiya dövlət başçısı Putin bu gün Suriyanın gələcəyini müəyyən edəcək görüş keçiriblər. Dünən Soçidə keçirilən prezidentlərin  üçtərəfli görüşü zamanı Rusiya, İran və Türkiyə liderləri Suriya ilə bağlı bəyanat qəbul ediblər. Rusiya dövlət başçısı Putin  jurnalistlərə açıqlamasında bildirib ki, sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib və qarşıya konkret vəzifələr qoyulub. Eyni zamanda üç ölkə lideri Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. Putin vurğulayıb ki, Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır və  Suriyanın taleyini hökümət və müxalifət tərəfdarları həll etməlidir. Putun həmçinin Suriyada təhlükəsizlik zonalarının genişlənməsinin prosesə böyük fayda verəcəyini deyərək, hər üç ölkənin sülh üçün daha çox güc qoymasının vacib olduğunu vurğulayıb.

Öz növbəsində Türkiyə prezidenti Ərdoğan Suriyanın bəzi bölgələrini işğal edən PKK/PYD terror qruplaşmasına diqqəti çəkərək, belə qrupların Suriya danışıqlarına buraxılmasına heç vaxt razı olmayacaqlarını bəyan edib: “Bizim danışıqlarda əsas şərtimiz budur. Türkiyənin PYD/YPG terror qrupları ilə bir çatı altında durması əsla mümkün deyil, bu kimi qruplarla bir platformada yer almayacağıq”.Ərdoğan qapalı görüşdə PYD-nin işğalında olan Afrin şəhərinin azad edilməsinin müzakirə olunduğuna da işarə edərək, deyib ki, bu görüş Suriya böhranına çox kömək edəcək.

İran prezidenti Ruhani isə Suriya böhranının həlli üçün bütün qrupların danışıqlarda iştirakını vacib sayıb və o, bu üç ölkənin birgə addımlarının Suriya və bölgəyə sülh gətirəcəyinə inandığını bəyan edib.  

Hesab etmək olarmı ki, bu üç ölkənin səyləri Suriyada vətəndaş müharibəsinin sona çatması üçün yetərli ola bilər? Həmçinin bundan sonra Suriya ilə bağlı ABŞ və müttəfiqləri hansı siyasəti izləyə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

BMTZbw9ctfmGrXBw6tMj4hfSOGrB7GvGjmtcOhAIXzLhnX9V9A7lYntMDh3cRSDT1Z3foqsiLIG9KQKZKMqknQ4lJCUkBRmKPEVcrXO5NJ9AnSqG2nkUKp/wCJ/wDSVQi5nheOq5nvf+J7nepJUIdolMi6izWhdFLRifZcYU4qtRerKTGiNyYw8FK8Ku4wfgU0DJcyY7VIoIENfVynTVaFKu40j0PwWfVYDHRaeFpN7EyfxcUxxM1lYl7ZNpHzVnauoMnT5KuCwEaarR2li2kNtz0CGP8AZBswSCNb/RQ4cWP8SubNxQkwDwVWm6cx/MUA+gynONlGCnP0A8boIktEwFISohok51khkGJeqc26p1d8lNptkgcFJFbJ8MIN17d7Mqs4Fo/DUqj1dmH9S8Qab/BeoeyrbIBfhHcZqUvEgDM30AI81VkVotxvZ6WCjKYCkSqC0dmSTMySQFALA34xGTBViOLQ3+YgfVbhK5f2iO/2bwTEvpgePen6KqH5Itn0eQ1RF1E/mpgMwynhoq7iWmCuijDILHQeqvU3rNeeIVqi9EloIsslQvCllMcAoosZGzSOISJQNj1RcEyIq7e75qfCA5CIPjZRT3SrWz8YBNuXFMaM0UnSLLUx+HOUd79Qs+tWJPK58VexdqTXh7TmJ7o99sW73VAL2O2ThpeRPAaXUJZlLxyeUNm1jmNzoPmtrdKnQdiXDEDM25AJIBNtUnLirJxhyaS9mECnON9V1G8+7QY41sMJo6loJLqfPW5HyXHuqpRlaDJjeN0y21MxLoCewWVPGVLwpIrb0QTJVoOaxsNueapi9k53JSorJ6PDxK1NgY91LEsqttkqNPlMOHmJ9VmstJ/CI81PgWwJ5kfNQfROPZ9HkoEqKmbDoPknSsppHSkmOcikBSXnXtOx0vp0QbNBe7q6zfgCvQi5eK77Y8vxdbwflHRoAHySwK5WSyypGS4ceKeWhwWfmPNPZVI1W6jHY6rh40QomyJqlRNN0ehey8xycoKblYYok0yF4SaZCc9RUjeOaYEzBY9EcDRgmZFuUfNa+6uzjVrNJHcaQ55Nxa4b1K3PaTiWvNEtaA4ZhbXLGnqoct0aFgbxuf6OMxFJocb8VoYo0uzFwTDeCxa4Mmykce54wFOijW0WcHWY13VS9vFRzm2Njy4BUMNROYJ9dxa49AihqTXR2+720HvtMiO8CNRxHiue3q2KcPUDm/u3klvhxLfit3cnDUyxr3OLTmOUgjmRddZt/YoxdA02uBeO80xEEcwOYkLNGXCR1ckPmxJvs8efiDEafNVXFX9rbOqYd5p1Wlrh6EcweIVDIVrX8OLJNOmBpUjLGUmYdx5eqJpOCZFInYZGXSDJ4qw54AVKlSvdxHkiaXIzznVRasmmfRuArh9Km9pkOY0g+BEhTLzb2TbxuLv2KrJsXYczER71PpxHn4L1LIOQ8y7+yyTjxZpi7RVlJTF7fyev/sgoWSMcuK8n32w2TF1PzQ8eYv8AEL1mrjKf/Ub6tXlvtJxdM4hpY4OIpgOjhc2Rg/IMy+pyj2ReFXqOnRSsxHgUXFp1I+S3IyPfRWDkJup3tZwVdwUkRLDHKzTcqDXqanUUWhxZce2VHhMG+pUaxgkk/onwTqb12e4GA96qRr3QfAQSZ6/JVzlxVmjBj+SaRpUsN+z0ctMCwl5POLmVwGN2o6pUJIkyQOi9G3s2fUNF+Q2ykunUxfKPDVeY4QtzgOMHN5KvCrtmzzJ8VGC6Ia7jN1Zpvd2Z7oiDeBKl2lSY1w4yOfip6b6fZGzgYsI7sXkk8CtBz0tmQys4EQU+7nQTwU2SmSOGk2TzhiarWUwXFxAaAIJJ5IFTOj3ZzGgWQbE3F4v8F2uydq0qdMZn/aHUmwtYD9c1kbDxr8FTdQqUMrg4moQWyc2hEG9ldp7doukOYBPvSIMHwIWKfZ3cK4wSZY2jjsLXaWVWNeI8wfyu1BXmWPwTGVHtaZaHENPEhdJvJhcO2iatFxacze6XEgyeHJct2iuw2YPMlFtKtjBTA0KkDAR4i4UNTmjSq3Vxgse+Igj/AAVWxDIMtN473ip8UbT6qoK97iQjYmzodw8H22LZ3yzK17szYz6ZY/8AJepf6QD71Wq7q4D+kBebey6kTjS4CzaT58yAF62SqMz+xbj6M07FpfnP/cf9HBJaEpKjRZsxH4GmB7g+a8dx8vq1HHi98DkATYL2uof8LxXaM9tV5io/w+8VZ4vsjm6RXa3kI63KkY0GbJjHqWi7VamUIa9sKVlNsSQEwvsfFEusOiCWhrmA8AmGiOicHhPzIsQMPh3Fwa25JgBem7vvbSYG8rH6rit3R9oX8mmOpWscQTOU3/ssueVujp+Hj4x5fs73FBtVkF+UX8eYhczh90sBTJzudUk/eIaB6BZ1DFYh0MAJ8ZFgtJuxr5q9cx+Ftrcif7KuMmumbJRhPbVlLePYGEdT/wBsHCs0iGgl4cJiIM+oWZjNivw9AGrTLQQRJMiTcAkaFdDW2pTod2k0aajvOPVyODxgxIc3EH7LjTFp4+8L8OCsjkZVk8WE9x0zzLs3OccnBbex9j4lgZjWlgDXnLmccxIsbQq289GnRxDm4eckAgElxbOrZ1Kp0NsVWtyTLRoD4rU7a0cuChDJU/R2T9pVaomq1pi3vDP1CycdiKbrdobTrw8AsF21CeCqVMQSqo4XdvRpyebGqWzXxOLb2RbMkm3gFTa+yoh3NWMyujClRhnkc3ZMKiZUtcKJxQbV4FOiuyWpWmJ6KGq2Crez9m1sQ7LSYXczoB1JsF6nurunRw7Guexr60S5x7wafwsBsOqjKaiSjByKvsz2O6jSdWqNh1Utyg2ORosT1JPwXZkpoKBWOcuTsvSpDiUE0lJRGUaq8r312a6lXe+O5UOZp4T94evzXqL3LJ29hG1qTmOFjoeIPAhLFk4SJzjyVHkdIo5rq/tXZFSgZIlvBw08+RWbxXQTUtoxtNOmTkpr6nBB5hBjUUA9sp8oAoVXWS7H0aeyKhAJHn9FdZi78Fz1DGlmnmn/AOoc1XPE27NmLyYxilZ0Yx9TgR5GE6tjar7OdAGvErDZjGkJ/bt5klV/G0aVnT9mzRc3S56fUp7AfxECbhpj1OqyGYlzWlwaY9AnN7Ss2Q4DwEhCxuxvyox/pb2hhqTqhNGdBnmT3tDBK57EUMpueasta5ty63G6rY17S7umbarTFUc3LJSbZWcmlOeOSAUzOIBOzpqEIAdmSCIYU7IgdHcezPE3q0v4Xj+k/Rej4d9l4/uXi+zxbJ0cCw8u9EfED1XreFfwWPP+Rpx/iWpQLk0lIlUkx2ZJRpIEUHlUdom3mrhKztom4VJcZOPbNN/8LvkvNgV6Xivdd/CfkVwuxdlHEOLQ4NDRJPHoFt8V/V2UZ021RRJEyiXrTZRa0wGtMEiXDNxUpoiJyt46AAK9zRVwZkB6ZVdIWx+wNexzoAIbIjQ9R5LElOLT6IyTXYxJPSKmV0AFOzFRqbDslwH60QwRLUxzi0N0iNPBKjiy0G+vkq5CEJUh8mSmsSmApEpoQFj6jhwCjRhAhMTJW3Tg1QsMK0zRRY0BoRqCbjzRQJQMdh6ha4PGrSCOoMj5L2bCVwWteOLQfULxfgvUt1cQX4WkeTcv8pLfos+daRdifZ04PFAlMousnFZy0Dkk0lJAH//Z" alt="Image result for natiq miri">

Natiq Miri: “Artıq Suriyada dağıdıcı və dövləti bir neçə hissəyə bölmək istəyən ABŞ və onun dəstəklədiyi güclər siyasi çözüm prosesinin xaricində qalacaqlar”.


Soçidə keçirilən üçlü zirvə toplantısında qəbul edilən qərarların yerinə yetiriləcəyi fonda Suriyanın gələcəyinin müsbət yöndə dəyişəcəyini vurğulayan politoloq Natiq Miriyə görə, bu qərarlar ABŞ və onun dəstəklədiyi güclərin proseslərdən kənarda qalmasına rəvac verəcək:

“Soçidəki üçlü zirvə çox ciddi nəticələrlə özünü ortaya qoydu və məlum oldu ki, bu gün Suriyada vətəndaş müharibəsini bitirməkdə həlledici, əsas ölkələr məhz Soçi zirvəsində iştirak edən dövlətlərdir. Bu üç dövlət başçısı regionda təhlükəsiz bölgələr və münaqişələrin azalması ilə bağlı müəyyən müzakirələrə paralel  olaraq, artıq siyasi çözüm yolunda da müəyyən razılaşmalar əldə ediblər. Bu isə çox böyük strateji əhəmiyyət daşıyır. Soçi zirvəsinin sonunda qəbul edilən birgə bəyannaməyə əsasən prinsipial olaraq, Suriyanın ərazi bütövlüyü, suverenliyi və bütövlükdə gələcək inkişaf prespektivi baxımından Suriya ictimaiyyətinin birliyinə xüsusi vurğu qoyuldu. Fikrimcə, bu qərar çox əhəmiyyətlidir. Çünki hər üç ölkənin ortaq qəbul edə biləcəyi konkret prinsiplər var ki, bu prinsiplər  Suriyanın gələcəkdə bütövlüyünü və bütün ərazilər üzərində suverenliyini təmin edəcək. 

Hesab edirəm ki, zirvədə qəbul olunan qərar Suriyada  geosiyasi maraqları olan və ABŞ-ın alət olaraq istifadə etdiyi PKK terrorçuları daxil, digər radikal terrorçuların da dağıdıcı və parçalayıcı siyasətini zəiflədəcək. Ayrıca, bundan sonrakı siyasi çözüm prosesi  ilə bağlı Soçidə yenidən Suriya Dialoq Konqresi ilə bağlı bir konqres keçiriləcək. Nəticədə maraqları olan və eyni  zamanda Suriya höküməti təmsilçiləri ilə birgə ölkənin ərazi bütövlüyü və suverenliyini qəbul edən bütün müxalif düşərgələr bu konqresə dəvətli olacaq. Yəni, yalnız və yalnız Suriyanın gələcəyini özündə ehtiva edən bu planın içərisində yer alacaq müxalif güclərin dövlətin ərazi bütövlüyü və suverenliyini qəbul edəcəkləri xüsusi vruğulanır. Bu şərt həqiqətən çox önəmlidir. O mənada ki,  artıq Suriyada dağıdıcı və dövləti bir neçə hissəyə bölmək istəyən ABŞ və onun dəstəklədiyi güclər siyasi çözüm prosesinin xaricində qalacaqlar. 

Natiq Miri: “Türkiyənin sərhəd boyu yerləşən PKK terrorçularının Türkiyə ordusu tərəfindən təmizləməsi üçün keçirəcəyi  əməliyyatla bağlı müəyyən razılaşmanın olduğu da  hiss olunur”.


Əslində Türkiyə dövlətinin tələblərindən biri Suriya Dialoq Konqresində PKK-PYD və digər  terrorçuların iştirak etməməsi ilə bağlı idi. Çünki bu terror təşkilatlarının Suriyada bir terror dəhlizi yaratmaq iddiası var. Bu isə Suriyanın gələcəyi ilə bağlı Soçi zirvəsində qəbul olunan qərarlarla ziddiyyət təşkil edir. Həmin qüvvələr ABŞ-ın başçılığı ilə Suriyanın bütövlüyündən yana olan güc mərkəzləri deyil. Ona görə də bu konqresə dəvətli müxalifət və hökümət güclərinin hansı şərtlərə uyğun gəlinməsi ilə bağlı xüsusi vurğu çox əhəmiyyətlidir. 

Və nəhayət, Türkiyənin sərhəd boyu yerləşən PKK terrorçularının Türkiyə ordusu tərəfindən təmizləməsi üçün keçirəcəyi  əməliyyatla bağlı müəyyən razılaşmanın olduğu da  hiss olunur. Bu isə Suriyanın şimalında yeni bir terror dəhlizinin yaradılmasının qarşısını alacaq çox ciddi məqamdır. O baxımdan düşünürəm ki, dünyanın diqqət mərkəzində olan Soçi üçlü zirvəsindən çıxan qərarlar bütövlükdəYaxın Şərq regionu üçün çox böyük əhəmiyyət daşıyır və qəbul edilən qərarlar yerinə yetirilərsə, gələcəkdə Suriyanın gələcəyi ilə bağlı yeni konstitusiyanın qəbul olunması və bu yöndə azad, demokratik, şəffaf, BMT-nin nəzarəti altında bir seçkinin keçirilməsi nəzərdə tutulur. Əgər belə bir azad və şəffaf seçkilərin keçirilməsi mümkün olarsa, bu, gələcək Suriya dövlətinin sabitliyi baxımından çox strateji əhəmiyyətə malik olacaq. 

Məlumdur ki, Əsəd rejimi ilə Suriyada mövcud olan bütün güc mərkəzləri və xalq arasında yandırılmış körpü var. Bu körpül yalnız  bütün tərəflərin qəbul edə biləcəyi seçki nəticəsində aradan qaldırıla bilər. Soçi zirvəsində qəbul olunan bəyannamənin əsas şərtlərindən biri də məhz azad və şəffaf seçkilərin keçirilməsidir. Bu baxımdan hesab edirəm ki, üçlü zirvədən çıxan nəticələr çox böyük starteji əhəmiyyətlidir və bu nəticələrin yerinə yetirildiyi təqdirdə gələcəkdə Suriyada sabitlik təmin olunacaq. Bu sabitliyi təmin edəcək konkret üç ölkə var ki, onlar ortaq fikirlərdə razılaşıblar”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar