Xəbər xətti

20 FEVRAL

14:00 “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır” - Ərdoğan

13:56 “Əfqanıstan və Pakistanda İŞİD-in yeni bazaları formalaşır”

13:30 Əfqanıstanda “Taliban”ın hücumu 8 polisin ölümünə səbəb olub

13:25 Seçkilərə müdaxilə məsələsində ABŞ Kremldən geri qalmayıb - “The New York Times”

13:20 Deputatlar daha 10 qanunu müzakirəyə çıxaracaq

13:16 Azərbaycanda bu borclar tam silinə bilər

13:11 Sabah hava necə olacaq?

13:07 Səhiyyə Nazirliyi: “Ölkəyə dərmanlar ən çox Avropadan gətirilir”

13:03 “Türk axını”nın dəniz hissəsinin tikintisinin 48%-i tamamlanıb

12:59 Müdir 40 min manat rüşvət alıb ibtidai sinif müəlliməsini direktor əvəzi edib? - Sumqayıtda

12:54 “Mənə lazımsız dərmanlar verilmişdi” - Aşıq Azər

12:50 Mikayıl Cabbarov keçmiş nazirin daha bir kadrını geri qaytardı

12:46 Vaşinqton Suriyada Ankaranın mövqeyini nəzərə almağa məcburdur

12:41 MDB ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

12:37 “Zeytun budağı“nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

12:33 “Türkiyə Suriya ərazisinin yarıdan çoxunu tutub və “Türk axını” gərəksiz olur”

12:29 Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

12:24 “282.6 milyon əsas, 81.8 milyon manat isə sanksiya borcu yaranıb”

12:20 Prezident: “Quduz itlər, paqonlarınızı sökəcəyəm, heç 37-ci ildə belə olmayıb...”

12:15 İranda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

12:11 HƏMAS-dan İsrailə xəbərdarlıq: Davam edəcək...

12:07 180 milyonluq müqavilə rəsmiləşdi

12:02 “ABLV Bank” qalmaqalının Bakıya təsiri: Azərbaycanın məmurlarına ABŞ-dan sanksiya tətbiq oluna bilər?

11:58 Saxladığı it müğənnini dişlədi

11:54 “Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin...”

11:50 Moskvada havanın temperaturu - 25 dərəcəyə düşüb

11:46 Amerika və Çin agentləri arasında əlbəyaxa dava olub

11:41 “Azərbaycanın əməkdar həkimi” 90 yaşında vəfat etdi

11:37 Ölkəni zibilləyənlər – onları siz də tanıyırsız

11:33 Sürücü sükan arxasında vəfat etdi - Bakıda

11:29 “Olimpiadada iştirak qərarımı bir neçə saat ərzində verdim”

11:25 Bu ildən Azərbaycanda “Tatra” yük maşınlarının yığılmasına başlanacaq

11:20 Bu gündən prezidentliyə namizədlər sənədlərini MSK-ya təqdim edə bilərlər

11:16 İlin “qırxlı çağı” - Boz ay başladı...

11:12 Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək

11:08 Azərbaycan və Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək

11:04 Bayıldan köçürülən sakinlərə kirayə pulları ödənilməyə başladı

10:59 Novxanıda ağır qəza: Ölən var

10:55 Nazarbayev qazax dilinin latın qrafikalı yeni əlifbasını təsdiqləyib

10:51 Ən təhlükəsiz minik vasitələri və bizi ölümə yaxınlaşdıran 20 səbəb

10:47 Ərdoğan Afrikanın 4 ölkəsinə səfər edəcək

10:43 Samir Şərifov Azərbaycan prezidentinin “xüsusi mesajını” çatdırmaq üçün Pakistana getdi

10:38 “Azərbaycan və Niderland arasında əməkdaşlıq yüksək səviyyədədir”

10:34 “Yeganə müğənniyəm, İlhamə xanımın sağlığında tac taxmışam”

10:30 Arzu Rəhimova iki müavin təyin edilib

10:26 Sosial sığorta borcları və maliyyə sanksiyaları silinəcək

10:22 Əsəddən Şərqi Qutaya hücum: 98 dinc sakin həlak oldu

10:18 Terrorçular Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

10:14 Azərbaycandan gizli yolla çıxarılan qadınlar tutuldu - Foto

10:09 Rezidenturaya 511 nəfər sənəd verib

10:05 Əli Həsənovun nəvəsi əfv ərizəsi yazıb?

10:01 İranda iğtişaşlar zamanı 3 polis ölüb

9:57 Tramp ABŞ prezidentlərinin reytinqində sonuncu oldu

9:53 “Facebook”dan sərt qaydalar

9:49 Deputatlarımız ATƏT PA-nın qış sessiyasına gedirlər

9:46 Neft ucuzlaşıb

9:42 Quba-Xınalıq yolu açıldı

9:38 “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

9:34 Atəşkəs 124 dəfə pozulub

9:31 “Söyüş və təhqir Avropa ölkələrinin də qanunlarında yol verilmir”

9:27 64 yaşlı kişi evində yanaraq ölüb

9:24 Partiya sədri: “Səbəb nə olursa-olsun, radikallıq doğru deyil”

0:59 Rəsmi Ankara: “Əsəd Afrinə girməyəcək”

0:44 Şəhriyar superturnirdə iştirak edəcək

0:37 Yapon alim özünə bənzəyən robot yaratdı

0:28 Dünyada nağd puldan imtina sürətlənir

0:16 Almeyda: “Mahirə dəstək olmaq lazımdır”

0:04 Bu gün bürcünüz nələr vəd edir?

19 FEVRAL

23:58 Rusiyadan Yəmənlə bağlı çağırış

23:46 Ərdoğan Afrikanın 4 ölkəsinə səfər edəcək

23:31 Sabirabad sakinindən narkotik vasitə götürülüb

23:30 “Məhəbbət və Ağ ölüm” tamaşası uğurla nümayiş olunub

23:28 Çin: “ABŞ bunu etsə, sərt cavab verəcəyik”

23:14 Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir

23:02 Nazir Cocuq Mərcanlıda qəbul keçirəcək

22:59 Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı

22:48 “Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər”

22:35 Bakıda mənzildə qadın meyiti tapıldı

22:24 Sumqayıta 70 yeni avtobus gətirilir

22:18 Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

22:04 Şəmkirdə hərbi sursat tapılıb

21:56 Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi

21:48 Avropada ən bahalı gənc futbolçular açıqlandı

21:35 “Sezen Aksunun layiq olduğu yer elə ermənilərin yanıdır”

21:27 Deputatların pensiyaları artırılır

21:11 Banka basqın: 15 min dollar oğurlandı

21:06 Ucarda üç maşın toqquşdu: 2 yaralı

20:57 “Azərbaycan regionun əsas arteriyası rolunu oynayır”

20:44 Azərbaycanın xarici ticarət tərəfdaşları - Siyahı

20:39 560 mindən çox avtomobil geri çağırıldı

20:23 Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

20:16 “NATO Türkiyəni dəstəkləyəcək”

20:02 Ötən ay əhali 4 milyard manat qazanıb

19:56 Bakıda qadın meyiti tapıldı

19:51 İlin ən yaxşıları bəlli oldu – Siyahı

19:47 “Xocalı 613” klassik musiqi gecəsi keçiriləcək

19:42 95 yeni planet aşkarlandı

19:38 Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı

19:33 Daha bir partiya MSK-ya maliyyə hesabatı verib

19:27 Azərbaycanın İtaliyadakı səfiri Kalibriyaya səfər edəcək

19:23 İranın müdafiə naziri Azərbaycana səfərə gələcək

19:18 Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində

19:14 İrəvanda Rusiyanın bankına silahlı hücum olub

19:10 İlham Əliyevdən iki yeni təyinat

19:06 Müharibə əlillərinə verilən prezident təqaüdü artırıldı

19:01 Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

18:56 Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

18:52 Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

18:47 Ərdoğan və Putin Afrin məsələsini müzakirə etdilər

18:44 Pxenyan: “ABŞ Cənubi Koreya ilə aramızı vurur”

18:39 İlham Əliyev sərəncam imzaladı

18:35 “Petkim” mənfəətini ikiqat artırıb

18:31 Əli İnsanov məhkəməyə məktub göndərdi

18:28 Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub

18:24 İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

18:20 “Samsung” dünyanın ən güclü planşetini buraxacaq

18:16 İlham Əliyev nekroloq imzalayıb

18:11 Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

18:05 Bakının mərkəzində meyit tapılıb

18:00 Livan prezidentinin Ermənistana səfəri gözlənilir



SİYASƏT

...

"Son sözü azərbaycanlılar deməlidir"

Tarix 04.01.18, 19:20

Font ölçüsü : - / +
bitmap-img6




"Düşünürəm ki, İranda baş verənlər əsasən son illər ərzində bu ölkənin iqtisadiyyatında geriləmənin doğurduğu sosial problemlərlə bağlıdır. Son illər ərzində İranda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi təqribən iki dəfəyədək azalıb: 700 milyard ABŞ dollarından 380 milyard dollara düşüb. Bu da, sözsüz ki, insanların gəlirlərinin azalmasına, sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Baş verən etirazların əsas səbəbləri bundan ibarətdir"


Strateq.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri qeyd edib ki, korrupsiya, insan haqları və qanunun aliliyi kimi problemlər də aksiyaların digər səbəbləridir:

“İran prezidenti bəyan etdi ki, insanların etiraz etmək haqqı var, amma sözsüz ki, bu etiraz dinc xarakterli olmalıdır. Hesab edirəm ki, bu, baş verənlərin müsbət tərəfidir. Etirazlar zamanı çoxsaylı insan tələfatının olması, aksiyaların zorakılıqla müşayiət olunması isə təəssüf doğurur. Əlbəttə, bu zorakılıqların arxasında dayanan qüvvələrin kimliyi ciddi və obyektiv şəkildə araşdırılmalıdır. Zorakılıqların aksiya iştirakçıları tərəfindən törədildiyi, yaxud bu aksiyaları gözdən salmaqla repressiyalar üçün bəhanə əldə etməyə çalışan dövlət strukturları və ya hakimiyyətdaxili qruplar tərəfindən təşkil edildiyi, yəni, günahkarların kimliyi ortaya çıxarılmalıdır. Bununla yanaşı, hər bir halda düşünürəm ki, bu hadisələr İran hökumətini ciddi islahatlar aparmağa sövq etməlidir. Əgər bu islahatlar aparılmasa, İranda daha kütləvi və ciddi siyasi nəticələr doğuracaq hadisələrin baş verməsi qaçılmaz olacaq”. 

Qüdrət Həsənquliyev bildirib ki, bizi qonşumuzda baş verən hadisələr düşündürməlidir və düşündürür də: “Azərbaycan xalqı və dövləti maraqlıdır ki, qonşuları sivil dövlətlər olsunlar, rifah içərisində, problemsiz yaşasınlar. Bu ölkələrdə qanunun aliliyi, azadlıqlar təmin olunsun, demokratik ənənələr formalaşsın. Amma İranda baş verənlər Azərbaycan xalqı üçün ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu ölkənin sərhədləri daxilində, öz tarixi ata-baba torpaqlarında bizim 30 milyondan artıq soydaşımız yaşayır. Onlar öz Vətənlərində – Cənubi Azərbaycanda yaşayırlar. Cənubi Azərbaycan da bu gün İran dövlətinin tərkibindədir. İranda aksiyaların baş verdiyi zaman kəsiyində, bayram günlərində mətbuatda müxtəlif yanaşmaların şahidi oldum. Bəziləri bildirirdilər ki, biz İranda baş verən hər hansı bir prosesə qarışmamalıyıq və ya biz ancaq müstəqillik hərəkatına qoşula, yaxud başlada bilərik. Bəziləri fikirləşir ki, bu etirazların Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza heç bir aidiyyəti yoxdur, onlar sadəcə bu prosesləri kənardan müşahidə etməlidirlər və s. Belə yanaşmaların kökündən yanlış olduğunu düşünürəm. Mənim üçün siyasət mövcud reallıqlar nəzərə alınmaqla onun dəyişdirilməsi uğrunda mübarizədir. Eyni zamanda siyasət mümkün olanı əldə etmək bacarığıdır. Bu baxımdan, İrandakı azərbaycanlılar mövcud reallıqlar çərçivəsində nəyi əldə edə bilərlərsə onun uğrunda mübarizə apramalıdırlar. Onlar da bu gün İran vətəndaşları kimi çalışmalıdırlar ki, ölkədə demokratiya olsun, qanunun aliliyi təmin edilsin, bəşəri, dünyəvi dəyərlər bərqarar olsun. Belə olacaqları təqdirdə insanlar milli, təbii hüquqlardan istifadə edəcəklər, yəni öz ana dillərində təhsil almaq, oxumaq, yazmaq, milli mədəniyyətlərini inkişaf etdirmək hüquqları qazanacaqlar. Bunun ardınca isə artıq siyasi hüquqların əldə edilməsi gəlir. 

Bir qrup insanlar düşünür ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız yalnız siyasi müstəqillik uğrunda mübarizə aparmalıdırlar. Belə yanaşmaları ziyanlı hesab edirəm. Bəziləri isə bildirirlər ki, azərbaycanlılar yalnız İranın tərkibində öz hüquqlarının təmin olunması uğrunda mübarizə ilə kifayətlənməlidirlər. Hesab edirəm ki, Cənubi Azərbaycanlılar daha çox demokratik prosesin inkişafına dəstək verməlidirlər. Bu prosesin gedişində nəyi əldə etmək mümkündürsə onu da reallığa çevirsinlər. Yəni, İran konstitusiyasına uyğun olaraq azərbaycanlıların öz dillərində məktəblər, universitetlər açmaları, öz mədəniyyətlərini, müsiqilərini inkişaf etdirmələri mümkün olacaqsa, deməli, bunu əldə etmək lazımdır. Əgər növbəti mərhələdə bundan da irəli getmək, bir toplum olaraq müəyyən siyasi instisuonal hüquqların əldə edilməsi imkanları olacaqsa, – məsələn, Cənubi Azərbaycanda azərbaycanlıların muxtar dövlətinin qurulması, – o zaman buna nail olmaq lazımdır”.

BAXCP sədri bildirib ki, sosial inkişaf səviyyəsinə görə İranda farslar daha üstün mövqedədirlər: “Biz bunu utanmadan və çəkinmədən söyləməliyik. Düşünürəm ki, Cənubi Azərbaycanlılar demokratik azadlıqlara, vərdişlərə, ənənələrə farslarla birlikdə yiyələnməlidirlər. Belə vərdişlər və ənənələr olmadan əldə olunan böyük nailiyyətlər bəzən o xalqlara xoşbəxtlik də gətirmir. Məsələn, hansısa radikal səylər, parçalanmalar sayəsində yaranan yeni dövlətlərdəki siyasi rejim hətta farsların formalaşdırdığı mövcud rejimdən daha amansız və sərt olacaqsa, mən heç bir azərbaycanlıya bunu arzulamıram. Bizim kənardan məsləhət verməyimiz də doğru deyil, amma mənim qənaətimə görə, azərbaycanlılar öz hüquqları uğrunda mübarizə aparmalıdırlar, siyasi baxımdan təşkilatlanmalıdırlar. Çalışmalıdırlar ki, hər bir imkandan faydalansınlar. Yoxsa oturub gözləyəcəyəm ki, nə zaman əlverişli beynəlxalq şərait yaranacaq, yaxud İranın daxilində proseslər o istiqamətdə inkişaf edəcək ki, ayağa qalxıb öz müstəqil dövlətimi quracağam – məsələyə bundan cəfəng və səviyyəsiz yanaşma təsəvvür edə bilmirəm. Ona görə də hesab edirəm ki, azərbaycanlılar dinc mübarizə metodlarına üstünlük verməlidirlər, zorakılıqdan yayınmalıdırlar. Məsələn, Təbrizdə, yaxud hər hansı başqa bir şəhərdə aksiya keçirilərsə və bu aksiya zamanı dövlət obyektləri, yaxud hər hansı bir iş adamının müəssisəsi, əmlakı yandırılırsa, bu topluma, xalqa, ölkəyə nə verə bilər? Bu, iqtisadiyyata ziyan vuracaq və insanların sosial vəziyyətini bir az da ağırlaşdırmış olacaq. Bu baxımdan da hesab edirəm ki, azərbaycanlılar yüksək mədəniyyətlə, dinc yolla digər xalqlarla birlikdə öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Biz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, inqilabları Azərbaycan üçün rəva bilmiriksə, başqaları üçün də, o cümlədən xalqımızın digər hissəsi üçün də rəva bilməməliyik. Çalışmalıyıq ki, hər şey təkamül yolu ilə inkişaf eləsin. Hakimiyyətə təzyiq və hakimiyyətdən tələb yolu ilə oradakı azadlıqlar genişləndirilsin və nəhayət azərbaycanlılar da sonda öz milli hüquqlarını əldə edə bilsinlər". 

Daha sonra BAXCP sədri deyib: "Gələcəkdə iki sivil və uzun müddət birgə yaşamış xalqlar kimi, azərbaycanlılar və farslar çexlər və slovaklar kimi mədəni formada ayrıla da, yaxud konfederativ dövlət də qura bilərlər, bir federasiya tərkibində də ola bilərlər. Məsələn, yaxın gələcəkdə Azərbaycan türkcəsi İranda dövlət dillərindən biri olmalıdır. Farslar azərbaycalıların milli kimliyinə və dilinə hörmətlə yanaşmalıdırlar. Sayca onlardan az olmayan xalqla fərqli davranış birgəyaşayışı mümkünsüz edəcəkdir. İranda azərbaycanlılar və farslarla yanaşı başqa xalqlar da yaşayır. Gələcəkdə bu xalqlar konfederativ, yaxud federativ əsasda birliklərini qoruyub saxlayacaqlar və ya öz dövlətlərini quracaqlar. Bu artıq gələcəyin və həmin xalqların işidir. Bir partiya olaraq biz İranın ərazi bütövlüyünü tanıyırıq. Amma ona da inanırıq ki, bütün parçalanmış xalqlar kimi, azərbaycanlıların da birləşmək haqqı var. Çalışmalıyıq ki, bu hüququmuzu dünya birliyi və farslar da tanısın".

Millət vəkili sonda deyib: "Dünya qloballaşır, İran bir çox beynəlxalq sənədlərə imza atıb və beynəlxalq hüququn subyekti kimi insan haqları ilə bağlı üzərinə öhdəliklər götürüb. Buna görə də insan haqları və azadlıqları artıq heç bir dövlətin daxili işi deyil. Bu səbəbdən, biz də cənubi azərbaycanlıların hüquqlarının qorunması üçün əlimizdən gələni eləməliyik. Çalışmalıyıq ki, onları repressiyalardan qoruyaq, səslərini dünyaya çatdıraq. Amma yenə də bildirirəm ki, son sözü orada yaşayan azərbaycanlılar deməlidir”.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

Arzu Rəhimova iki müavin təyin edilib

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Samir Şərifovun “tender əjdahası” - Maliyyə Nazirliyindəki narazılıq nədən qaynaqlanır?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru