Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığorta şirkəti fırıldaqçılıqda ittiham olunur


Elman İmranov: “Bütün dünya sığorta şirkətlərində azadolma məbləği var”


“Aprelin 8-də ”Audi Q-5" markalı avtomobilimi Əhməd Rəcəbli küçəsində park edərkən ağaca vurmuşam. Avtomobilim AXA MBASK şirkəti tərəfindən sığorta olunub. Ancaq sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina edir".

Bu sözləri redaksiyamıza müraciət edən Fikrət Cəfərli deyib. Şikayətçi sığorta şirkətinin onun avtomobilinə dəymiş ziyanı müxtəlif bəhanələrlə ödəməkdən imtina etdiyini dedi:

“Avtomobilim təzə olduğu üçün daha keyfiyyətli təmir olunması üçün AUDİ servis tərəfindən təmir olunmalıdır. Şirkətin AUDİ servislə müqaviləsi olmadığı üçün mənə daha ucuz bir şirkətdə qiymətləndirmə aparılmasını təklif etdilər. ”AS Mtors" avto təmir şirkəti dəymiş ziyanı 1210 manat qiymətləndirdi. Sığorta şirkətinə bu haqda məlumat verdim. Onlarsa məbləği ödəməkdən imtina etdilər. Belə görünür ki, bu sığorta şirkətinin işi vətəndaşları aldatmaqdır. Mənim bu sığorta şirkətini məhkəməyə verməkdən başqa bir yolum qalmır. Bu şirkət 1000-1500 manatlıq dəymiş ziyanları 500 manat hesablatdırır. Sığorta şirkəti əvvəl mənə dedi ki, maşına dəymiş ziyanı hesablatdır, bizə de. Mən qiymətləndirməni dedikdən sonra söhbəti dəyişdilər. Maşınımı təmir edən də usta dediklərimi təsdiq edə bilər".

İttihamda adı hallanan AXA MBASK sığorta şirkətinin sığorta ödənişləri şöbəsinin müdir müavini Elman İmranov bunları dedi: “Müqavilədə azad olma məbləği var. Bu şəxsdə azad olma məbləği də 500 manatdır. Yəni bu maşına nə qədər ziyan dəyərsə, onun 500 manatını bu şəxs ödəməlidir. Yox əgər 500 manatdan yuxarı olarsa bunu sığorta şirkətini ödəməlidir. Bu maşında bir balaca zədə var. Onunda xərci heç 500 manata yaxın gəlmir.  Bu şəxs bizim icazəmiz olmadan maşını düzəltdirib. O əvvəlcə bizimlə razılaşıb sonra düzəltdirməli idi. Biz ondan nə qədər təmir xərcini soruşduqda o, 450 manat olduğunu dedi.

Biz də dedik ki, müqaviləyə əsasən, 500 manat sizin öhdənizdə olan bir məbləğdir. Ona görə də dəymiş ziyan 450 manat olanda siz bizə müraciət etməməlisiniz. Bütün dünyada sığorta şirkətlərində azad olma məbləği var. Bu sözdən sonra bu şəxs başladı ki, sizdən şikayət edəcəm. Bu adam əvvəlcə 450 manat dedi. Sonra eşidəndə ki, azadolma məbləği 500 manatdır, gedib maşını düzəltdirdiyi yerə tapşırıb ki, məbləği bu qədər de. Bu şəxs hələ 450 demişdi. Ancaq bizim qiymətləndirmə şirkətində mütəxəssislər maşına dəyən ziyanın 350 manat olduğunu demişdilər”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar