Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

ShushaPost.azsaytı 2016-cü ilin aprel ayının 24-dən fəaliyyət göstərir


İlk öncə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində fəaliyyətə başlayan sayt son 2 ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının daxili imkanları hesabına ayaqda qalmışdır.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə 2 dildə çatdırmağı hədəfləyən saytın sonrakı taleyi müəmmalı, bağlanma təhlükəsi ilə üz-üzə qalmışdır.Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsinə "ShushaPost.az informasiya portalının təkmilləşdirilməsi” layihəsi ilə müraciət etdi və müsbət cavab aldı və 2 aylıq layihə çərçivəsində dəstək aldı. Mən saytımızın kollektivi adından Şura katibliyinə təşəkkür edirəm. ShushaPost.az informasiya portalı olaraq ayaqda qalmağımız, düşmənlə daha sistemli mübarizə aparmağımız üçün ölkəmizdə fəaliyyət göstərən hökümət və qeyri-hökumət qurumlarını əməkdaşlığa və bizə dəstək olmağa dəvət edirik. Biz bu illər ərzində bir çox qurumlara müraciət etdik. Təəssüflər olsun ki, müsbət cavab ala bilmədik. Saytımızda bayağı, şou-biznes xarakterli yazılar dərc edilmədiyi üçün reklam potensialı da aşağıdır. Lakin ixtisaslaşmış sayt olduğundan, eyni zamanda, ölkəmizin xarici siyasətinin ən strateji istiqamətlərinə yönəlik fəaliyyətindən dolayı dəstəyə böyük ehtiyacımız var. Erməni haker qrupları bu illər ərzində 6 dəfə saytımızı tamamilə dağıdıblar. Bu da onu deməyə əsas verir ki, biz hardasa hədəfimizə çatmışıq və heç bir halda bu saytı yarı yolda qoymayacağıq. 24 aprel tarixində ermənilər dünyaya qondarma soyqırım iddiasını sırımaq istəyirlər. ShushaPost saytı da məhz bu tarixdə yaranıb, həqiqətləri dərc etməyi hədəfləyib. Şuşada görüşənədək.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar