Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şimal -Cənub" nəqliyyat dəhlizi çox əhəmiyyətli layihədir"


"Azərbaycan və İran arasında həyata keçirilən "Şimal -Cənub" nəqliyyat dəhlizi çox əhəmiyyətli layihədir"


APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.
 
Səfir bildirib ki,  Rusiya, Azərbaycanİran dövlət başçılarının üçtərəfli görüşündə Sankt Peterburq-Mumbay istiqamətində qatarın sınaq  yürüşü ilə bağlı göstəriş verilib: "Dünən bununla bağlı "Astara-Astara"  dəmiryolu qatarının sınağı keçirilib. Bundan başqa, Rəşt-Astara  dəmiryolu  layihəsi üzrə Azərbaycanİran investorları işləri yekunlaşdırmaq üzrədir".
 
Səfir bildirib ki, Neftçalada inşa edilən İran-Azərbaycan müştərək avtomobil  zavodunun da işləri yekunlaşmaq üzrədir və yaxın zamanlarda açılışı olacaq: "Burda dərman zavodunun işləri davam etdirilir. Prezident tərəfindən səhiyyə sahəsində  əməkdaşlıqla bağlı bəzi göstərişlər var. İran traktor karxanası zavodunun sədri Bakıya gələcək", - deyə səfir əlavə edib.
 
Səfirin  sözlərinə görə, İran, Rusiya və Gürcüstandan sonra üçüncü ölkədir ki, 2017-ci il ərzində ordan Azərbaycana 320 min nəfər iranlı gəlib. Azərbaycandan İrana da gedənlər çox olub. Səfir sonda vurğulayıb ki, Azərbaycanİran səfirlikləri hər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün işlər görür. 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar