Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxılı şəhidlərin medalları valideynlərinə təqdim edilib


Şamaxıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 23-də “Milli ordumuz¬ – milli qürurumuzdur” devizi altında vətənpərvərlik tədbiri keçrilib


Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərləri, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycanın müstəqillyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətlərindən və bu siyasətin bu gün də Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Qeyd edilmişdir ki, Azərbaycan ordusu son illərdə daha da qüdrətlənib, maddi-texniki bazası möhkəmləndirilmiş, ən müasir texnika, silah-sursatla təchiz olunub. Vurğulanmışdır ki, bu gün Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam hazır və qadirdir. 
İcra başçısı aprel döyüşlərində ordumuzun şanlı qələbəsindən bəhs edərək bu döyüşlərin bir daha Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulanıb. Qeyd olunmuşdur ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşadıb. Həmin döyüşlərdə respublikanın digər bölgələrinin gəncləri, oğulları kimi Şamaxılı vətənpərvər igidlər də şəxsi rəşadət və şücaət göstərmişlər. Onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, Prezidentin fəxri təqüdçüsü, polkovnik Abdulla Qurbani orumuzun güc və qüdrətindən, Azərbaycan əsgərinin, Ali Baş Komandanın hər bir əmri ilə hər an döyüşə hazır olduğundan danışıb. Bildirmişdir ki, şəhidlərin intiqamı birə on qat alınır və bundan sonra da alınacaq, Azərbaycan əsgəri tezliklə xalqa qələbə sevinci yaşadacaqdır.

Polkovnik A.Qurbani şəhidlik zirvəsinə ucalan gənclərin təltifləri barədə məlumat verərək bildirmişdir ki, Şamaxı rayonunun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə, rayonun Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlu Azərbaycan Respublikası Prezidentinin adından müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.

Medallar tədbir iştirakçılarının alqışları altında şəhidlərin valideynlərinə təqdim olunub.

Şəhid valideynləri göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra Abdulla Qurbaninin sözlərinə yazılmış mahnı və marşlar əsasında hazırlanan “Lələtəpə fatehləri”, “Bayraqtəpə qartalları” və “Qəhrəman Tərtərim” videoçarxları nümayiş etdirilib.

Sonda Abdulla Qurbani müəllifi olduğu “Ruhumuzun qələbəsi naminə” və “Дважды герой советского союза Ази Асланов” kitablarını rayon icra hakimiyyətinə hədiyyə edib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar