Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şagirdlərə şəxsiyyət kimi yanaşılmalıdır ki, onlar şəxsiyyət kimi yetişsinlər"

"Özümçün necə bir müəllim istəyirdimsə, övladımçün necə bir müəllim istəyirəmsə şagirdlərimə də elə müəllim olacam"- Yeni müəllimlərimiz


1991-ci ildə Bakı şəhərində anadan olan Ülviyyə Bayramova orta məktəbi də elə doğulduğu şəhərdə bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin biologiya ixtisası üzrə təhsil alıb, 2015-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya müəllimliyi üzrə  yenidənhazırlanma kursunu keçib.

Ülviyyə Bayramova Təhsil Nazirliyinin bu il keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək Şabran rayon Kilvar kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

 - Necə oldu qərara gəldiniz ki, müəllim olmalısınız?

 - Mənim çox yaxşı müəllimlərim olub. Mənə həm tədris elədikləri fənni, həm də özlərini sevdirə biliblər və bu sevgi  məndə müəllim olma istəyi yaradıb. Hər müəllimimdən ən bəyəndiyim xüsusiyyətləri özümdə cəmləməyə çalışmışam, həm insan olaraq, həm də müəllim olaraq. Parta arxasında olanda hər zaman vəziyyəti təhlil edirdim; müəllimin davranışları, uşaqların reaksiyaları. Və öz-özümə fikirləşirdim ki, mən də müəllim olada belə edəcəm və ya etməyəcəm. Özümçün necə bir müəllim istəyirdimsə, övladımçün necə bir müəllim istəyirəmsə şagirdlərimə də elə müəllim olacam.

- Kənd şəraitinə uyğunlaşmaq çətin olmadı ki?

 - Bu kəndi seçəndə bilirdim ki çətinliklərim olacaq, ailəliyəm , övladım var, amma həm də müəlliməm. Bir müəllim ona ehtiyac olduğunu bildiyi halda tərəddüd etməməlidir, sadəcə olmalı olduğu yerə getməlidir. Mən də belə etdim. Öz işimin başındayam, çətinliklər də yavaş-yavaş aradan qalxır.

- Sizcə ideal şagird-müəllim münasibətini necə qurmaq olar?

- Əslində bu qeyd etdiyiniz münasibət məncə, üçtərəfli olmalıdır. Çünki bu münasibətin məqsədi var və üçüncü tərəf olmadan məqsədi gerçəkləşdirmək çətin olur. Əgər möhkəm müəllim-şagird-valideyn münasibəti olsa çox şey əldə etmək olar. Bu üç tərəf arasında əlaqələrin möhkəm olması arzulanan nəticə üçün mütləqdir. Təəssüf edirəm ki, kəndlərdə valideynlər övladlarının təhsilinə daha laqeyd yanaşırlar. Nəinki, uşaqları təhsilə yönəltmək, əksinə bəzən məişət işlərinə aid tapşırıqları ilə onların dərsdən yayınmalarına səbəb olurlar. Bu barədə mənə elə gəlir ki, valideynlərlə marifləndirici söhbətlər aparmaq vacibdir və mən bir müəllim olaraq bununçün özümdə məsuliyyət hiss edirəm, çünki söhbət uşaqların gləcəyindən gedir.

- Uşaqlarla işləmək sizə necə təsir bağışlayır?

- Uşaqlar başqa bir aləmdir, onlarla işləmək maraqlıdır. Həm də kənd uşaqlarının diqqətini çəkmək daha asan olur. Onlar internetdən, sosial şəbəkələrdən uzaq olduqları üçün beyinləri daha təmiz olur. Həm diqqətlə və maraqla dinləyirlər, dərsdə daha aktiv iştirak edirlər həm də onlarçün bu mühiti təşkil edən müəllimi nağıllardakı qəhrəman kimi görürlər. Daha çox da kiçik yaşlı uşaqlar.

- Həmkarlarınıza hansı mesajı vermək istərdiniz?

- Ümumiyyətlə bütün insanlar cəmiyyətin həyatında aktiv iştirak etməlidir, xüsusən də əgər müəllimlik peşəsini seçmisənsə bununçün məsuliyyət daşıyırsan. Cəmiyyətin formalaşmasına, gələcək nəslin yetişməsinə müəllimlərin təsiri böyükdür və biz çalışmalıyıq ki, bu təsir ancaq müsbət olsun. Şagirdlərə şəxsiyyət kimi yanaşılmalıdır ki, onlar şəxsiyyət kimi yetişsinlər. İlk öncə onlara cəmiyyətçün, vətənçün nə qədər önəmli olduqlarını hiss etdirmək lazımdır və belə bir fikir formalaşdırmaq lazımdır ki "Mən özümçün oxuyuram. Oxuyuram, çünki öyrənmək, bilikli, cəmiyyətə faydalı biri olmaq istəyirəm."(shabran.edu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar