Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümovun kütləvi maxinasiyalardan xəbəri var?


Dövlət Sosial Müdafiə Fondunda nə baş verir?


Səlim Müslümovun işçiləri iyuldan sonra saxta pensiya düzəltməyin cətin olduduğunu bildiklərindən hər cür maxinasiyalara baş vururlar

Son aylarda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən kütləvi qanun pozuntuları ilə bağlı məlumatlar almışıq. Pİ.AZ saytına DSMF-dəki mənbənin verdiyi məlumat əsaında apardığımız araşdırma zamanı məlum olub ki, DSMF-nin rayon şöbələrində son 4 ayda kütləvi maxinasiyalar baş verib. Minlərlə əmək pensiyası hüquq olmayan şəxslərə saxta stajlar düzəldilərək pensiya təyin olunub. Bu prosses nəticəsində isə Səlim Müslümovun işçiləri varlanır, büdcə kasıblayır. Daha doğrusu ölkənin sosial təminat büdcəsi talan olunur. Həm də bu talan uzun illəri əhatə edəcək bir talandır.

Araşdırmamaızın nəticələrinə görə iyulun 1-dən əmək pensiyaları haqqında qanunun dəyişməsi ilə bağlı DSMF-nin rayon şöbələrində son 4 ayda kütləvi maxinasiyalar baş verir. Minlərlə əmək pensiyası hüquq olmayan şəxslərə saxta stajlar düzəldilərək pensiya təyin olunur. Ölkə büdcəsinin maliyyə sıxıntısı çəkdiyi bu günlərdə 1 məmurun 3, 4 min pul qazanması müqabilində büdcənin üzərinə 10 illərlə ödənməli olan yük qoyulur.

Məlum qanun dəyişikliyini əllərində əsas tutan Səlim Müslümovun işçiləri iyuldan sonra saxta pensiya düzəltməyin cətin olduduğunu bildiklərindən hər cürə maxinasiyalara baş vururlar. Mənbə qeyd edib ki, Səlim Müslümovun Hesablama Palatasının rəhbərliyi ilə isti münasibəti, bu qurumun da DSMF-dəki maxinasiyaları üzə çıxarmasına imkan vermir.

Onu da xüsusi olaraq vurğulayaq ki, maxinasiyaların qarşısını almaq üçün pensiya təyinatını təcili dayandırıb, son 1 ildə təyin olunmuş pensiya işlərini başdan başa yoxlamaq lazımdır. Yoxlama Səlim Müslümovun təsir imkanı olmayan qurum tərəfindən aparılsa, ortaya böyük maxinasiyaların faktlı, detallı təfərrüatları üzə çıxacaq.

Qeyd edək ki, DSMF-nin bir neçə rayon şöbəsində apardığımız dəqiqləşdirmələr nəticəsində verilən məlumatın doğru olduğunu ortaya qoyub. Bundan sonra isə söz əlaqədaer dövlət təşkilatlarındır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ülviyyə TAĞIYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Ən çox oxunanalar