Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbinə Mirzəyeva Zəhranın ailəsinə baş çəkdi


Ölkənin tanınmış həkimləri və millət vəkilləri iyulun 4-də ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yaşadığı Füzulinin Alxanlı kəndinə yollanıblar


Onlar 2 yaşlı Zəhranın atası Elnur Quliyevə dərin hüznlə başsağlığı veriblər. 

Ailəyə maddi yardım göstərən həkimlər daha sonra Zəhra və nənəsinin qətlə yetirildiyi ərazidə olublar.  Hadisə yerinə Milli Məclisin vitse-spikeri Bahar Muradova və başqa deputatlar da baş çəkib. 
Alxanlı kənd qəbiristanlığına yollanan həkimlər nənə və nəvənin xatirəsinə ehtiramlarını bildiriblər. 

Füzuliyə ayaq basdığımız an kədərimiz bir az da dərinləşdi. Bu məmləkətin qoxusu insanı kövrəldir. Burada hər küncdə bir Zəhra ağlayır, sanki... Rayon camaatı, Bakıdan gələnlər, hər kəs məhz Zəhraya görə bura axın edir. Qızcığazın anasına baxdıqca, insanın qəlbi parçalanır. Allah Azərbaycan xalqına bu cür çətin sınaqlar göstərməsin... Dinc sakinlərin evlərinin qarşısında qətlə yetirilməsi dözülməzdir”- deyə, S.Mirzəyeva bildirib. 

Onu da bildirək ki, Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gətirdiyi övlad idi. Ginekoloq Səbinə Mirzəyeva Zəhranın anasının müayyinə və müalicəsini öz boynuna götürüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar