Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailli «Gənc Heydərçilər» Qusardakı yay düşərgəsindən qayıdıblar


Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan layihəyə əsasən artıq 3-cü dəfə keçirilən Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları üçün Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb


Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər planına uyğun olaraq artıq 3-cü dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri və Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları – ümumilikdə 250 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü «Gənc Heydərçilər» istirahət düşərgəsi yaradılıb.

Bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının birində «Gənc Heydərçilər» üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar  asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edib. 
Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş,  onların   təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olub. 

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən   dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilib.  
Məktəblilər   hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılıblar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilib, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açıb, hərbi texnikanın döyüşdə iştirakını müşahidə ediblər. 

Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradıb.   

Uşaqların Qusar rayonunın görməli yerlərinə, meşələrə,  tarixi guşələrinə, o cümlədən Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. 

Bağlanış mərasiminindən bir gün əvvəl məktəblilər üçün tonqal ətrafında maraqlı əyləncəli tədbir-konsert təşkil olunmuş, bu zaman onlar da peşəkar müğənnilərlə birgə öz məharətlərini göstərib. 

Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları  Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini  Xalidə Bayramova, Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər. 

Yeniyetmələr  qonaqlar qarşısında hərbi keçidlə keçmiş, düşərgədə öyrəndiklərini nümayiş etdiriblər. 

Respublikamızın tanınmış incəsənət xadimləri və hərbi hissənin orkestrinin iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstəriblər.  

Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət  uşaqların xatirində silinməz izlər buraxıb, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olublar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu gözər və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

pia.az







Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar