Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə polislər mükafatlandırıldı


2 İyul – Azərbaycan Polisi günü ilə əlaqədar Səbail Rayon Polis İdarəsində Səbail Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyəti və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli toplantı keçirilib


Toplantını açıq elan edən Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov qeyd etmiş ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində Müstəqil Azərbaycanın polis  orqanları yaradıldı.  

Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Əli İbrahimov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin polis orqanlarının inkişafındakı xidmətlərindən, milli kadrların yerişdirilməsindən danışaraq bildirmişdir ki,  məhz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ulu öndərin siyasətinin davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə polisin maddi texniki bazası daha da möhkəmləndirilmiş, ona olan diqqət daha da artıb.


Əlamətdar bayram münasibəti ilə polis işçilərini təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili İşlər Nazirliyinə diqqət və qayğısından danışıb.

Qeyd olunubr ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir və tam məsuliyyətlə deyə bilərik ki, bu gün polis Azərbaycan Respublikasında nümunəvi xidmət göstərir, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. 
Eldar Əzizov bildirmişdir ki, bu gün qonşu dövlətlərdə yaşanan gərgin siyasi-iqtisadi vəziyyətə baxmayaraq Azərbaycan öz mövqelərini dahada möhkəmlədir və buna görə də Prezident cənab İlham Əliyev Azərbaycan xalqının layiqli lideri kimi tanınır.

Natiq  Səbail Rayon Polis İdarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərimizin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ hallara yol verilməsinin, müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışmış, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Səbail Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar