Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə keçirilən təlimdə narkomaniyanın fəsadlarından danışılıb


Səbail Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə 132-134 saylı Təhsil Kompleksində rayonun orta təhsil müəssisələrinin rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələlər keçirilib


Təlimlər-məşğələnin işində iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ilk növbədə təlim-məşğələlərin məqsədi, narkotiklərlə mübarizə işləri çərçivəsində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunmuşdur ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı»nın müvafiq bəndlərinə uyğun olaraq rayonda fəaliyyət göstərən Komissiya tərəfindən tədbirlər planına uyğun olaraq müvafiq işlər həyata keçirilir. Bu işlər çərçivəsində rayondakı orta və ali təhsil müəssisələrində, idarə və təşkilatlarda geniş şəkildə maarifləndirmə tədbirləri keçirilir və bu tədbirlərin aparılması məqsədi ilə mütəxəssislərlə yanaşı həm də tədbirlərin təşkilində cavabdeh olan təlimçilərin də hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev qeyd edib ki, hazırda bütün dünyanı narahat edən narkomaniya ümumbəşəri bəlaya çevrilib. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi hallar üçün münbit zəmin yaradır. Narkomaniya gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən prosesə çevrilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə keçirilən təbliğat xarakterli kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı vacibdir.  

Tədbirdə Daxili İşlər, Təhsil, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları çıxış edərək müasir dövrün ən dəhşətli bəlalarından olan narkomaniya əleyhinə aparılan işlər, bu istiqamətdə görülən maarifləndirici tədbirlər və təbliğat işləri, yeniyetmə və gənclərdə sağlam həyat tərzinin təbliği, idmana həvəsin artırılması, asudə vaxtlarının təşkili, mədəniyyət və incəsənət müəssisələrinin bu istiqamətdəki işərinin artırılması, peşə yönümü işlərinin aparılması, narkomaniyaya düçar olmuş xəstələrin müalicəsi, onun törətdiyi sosial bəlaların aradan qaldırılması və s. mövzuları əhatə etməklə geniş məlumatlar vermiş, dinləyicilərin çoxsaylı suallarını cavablandırıblar. 
    
pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar