Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

"Rusların müdaxiləsinə hazır olun"


“Kanada dünyanın digər demokratik dövlətləri kimi öz seçkilərinə ruslar tərəfindən ediləcək müdaxilələrə hazır olmalıdır”


Kanadanın “La Presse” qəzetinin yaydığı məlumata görə, bu sözlər ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Kominin çıxışından götürülüb.

Məlum olduğu kimi, Ceyms Komi Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni şəkildə qarışmasını araşdırırdı. Keçən il isə o, müəmmalı səbəblərdən prezident Donald Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılmışdı.

Ceyms Komi bu iddiasını “Canada 2020” analitik mərkəzinin paytaxt Ottava şəhərində hər il keçirdiyi konfransda səsləndirib. C.Komiyə görə, Qərb ölkələri Rusiyanın ABŞ-dakı son seçkilərdə oynadığı rolu dərindən dərk etməlidirlər.

“Ona görə ki, onlar öz əməllərini bundan sonra da təkrarlamağa çalışacaqlar. Rusların ABŞ vətəndaşlarının demokratiyaya olan inamını sarsıtmaq yolunda həyata keçirdikləri tədbirlər olduqca mürəkkəb və bir o qədər də müvəffəqiyyətli olub”, - keçmiş direktor etiraf edib.

Xatırladaq ki, Ceyms Komi bu il may ayının 3-də ABŞ Senatında keçirilən dinləmələr zamanı Rusiyanı “bütün dünyadakı demokratik proseslərə ən böyük təhdid” adlandırmışdı.

Kominin nitq söylədiyi məkandan cəmi bir neçə kilometr aralıda Kanadanın nazirlərindən biri parlamentdə çıxış edərək, Rusiyanın Qərb demokratiyasına hücumunun “G7” dövlətlərinin sabah Şarlevua şəhərində keçiriləcək zirvə toplantısında müzakirə olunacağını bildirib.

NATO rəhbərlərindən biri isə Rusiyanın Kanadada 2019-cu ildə keçiriləcək federal seçkilərə artıq müdaxilə etməyə başladığını söyləyib. NATO rəsmisinin sözlərinə görə, Moskvanın əsl məqsədi təşkilatın daxildən parçalanmasını sürətləndirməkdir.

NATO-nun strateji kommunikasiya üzrə mərkəzinin direktoru Cenis Startsın fikrincə, Kanadanın Kreml tərəfindən hədəf olaraq seçilməsi olduqca təbiidir: “Rusiya Kanada vasitəsilə Avropaya da təsir göstərmək istəyir. Bu, Putinə “digər ölkələrin Rusiyadan nə dərəcədə qorxduğunu” nümayiş etdirmək üçün vacibdir”.


pia.az
Etiket:

loading...