Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada ana özünü və iki uşağını pəncərədən atıb


Rusiyada dəhşətli hadisə baş verib


Azərbaycanlı ailənin xanımı əvvəl iki azyaşlı övladını sonra özünü pəncərədən atıb. 

Ans press-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, hadisə İrkutsk vilayətində qeydə alınıb. Əslən Azərbaycandan olan, lakin İrkutskda yaşayan ailənin başçısı səhər saatlarında şəhərdə fəaliyyət göstərən kafesinə gedib. 

Bir saatdan sonra ona təcili evə gəlməsi barədə xəbər verilib. Məlum olub ki, qonşular iki azyaşlı uşağı olan qadının qışqırıq səsini eşidiblər və polisə xəbər veriblər. Polis isə evə gəldikdə heç bir problem olmayıb. Həmin vaxt evə gələn ailə başçısı da həyat yoldaşını sakitləşdirib və o, da yenidən işinə qayıdıb. 

Axşam işdən evə qayıdanda isə kişi, həyat yoldaşının həyətdə qarın içində cansız cəsədini görüb. Məlum olub ki, onun 32 yaşlı həyat yoldaşı əvvəl 4 və 2 yaşlı övladlarını, sonra isə özünü binanın 7-ci mərtəbəsindən atıb. Ana yerindəcə dünyasını dəyişib. Xəstəxanaya aparılan uşaqlardan balacasının həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı uşaq isə həyatla ölüm-dirim mübarizəsi aparır.

Hələlik ananın bu gözlənilməz addımın səbəbi sirr olaraq qalır. Artıq qərara alınıb ki, dəfn mərasimi Azərbaycanda keçiriləcək. Ölən qadın və əri 2011-ci ildə Azərbaycanda ailə qurub və toydan sonra İrkutska köçüblər.

Faktla bağlı artıq cinayət işi açılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları ailənin maddi cəhətdən heç bir problemi olmadığını, ona görə də hadisənin maddi cəhətdən çətinliklər səbəbindən baş vermədiyini bildiriblər.

Vəziyyəti şərh edən psixoloq isə bildirib ki, qadının kəskin psixi problemləri olub. Ehtimal edilir ki, hadisə məhz bu səbəbdən baş verib.

Ailə başçısının dostu isə bildirib ki, ailə başçısı baş verənlərdən sarsıntı keçirdiyindən , 2 yaşlı övladının öldüyündən hələ də xəbəri yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar