Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakıdan şəhid hərbçimizlə bağlı növbəti çağırış


Hikmət Hacıyev: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır”


Ermənistan növbəti dəfə beynəlxalq qanunları və konvensiyaları pozaraq dekabrın 29-da həlak olan Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşini geri qaytarmaqdan imtina edir. 

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ötən müddət ərzində əsgərimizin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə dəfələrlə rəsmi qaydada müraciət ediblər. Lakin bu günə qədər işğalçı ölkə heç bir ciddi əsaslar gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır.

Yeni amerikalı həmsədr Riçard Hoqland isə nəhayət, ilk dəfə bu mövzuda ATV-nin sorğusuna cavabında deyib ki, Rusiya və Fransadan olan həmkarları ilə əsgərin nəşinin geri qaytarılması istiqamətində danışıqlar aparılır. Həmsədr əlavə edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, yəni biz şəhid olan Azərbaycan əsgərinin meyitinin qaytarılması məsələsi ilə bağlı bir-birimizlə əlaqə saxlayırıq və belə desək, iş səhnə arxasında gedir. Bu üsul çox vaxt diplomatiyada ən uğurlu yol sayılır”.

Rəsmi Bakı isə beynəlxalq reaksiyaları qaneedici saymır.



XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələ ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara, o cümlədən ATƏT MQ-nin həmsədrlərinə müraciətlər edilib: “Məqsəd beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarını rəhbər tutaraq cəsədin tezliklə Azərbaycana qaytarılmasını təmin etməkdir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur. Bugünlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin cəsədin hələ də onlarda olmasını deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır. Ermənistan silahlı qüvvələri hərbi qulluqçunun cəsədinin geri qaytarılmasını dərhal təmin etməli olduğu halda, cəsədin qəsdən geri qaytarılmasını əngəlləmək siyasəti yürütdüyünü bir daha etiraf edir. Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın cəsədi geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan olan bir hal olmayaraq, Ermənistanın yürütdüyü sistematik siyasətin tərkib hissədir ki, biz bunun dəfələrlə şahidi olmuşuq”. 

Diplomatın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun cəsədinin geri qaytarılması istiqamətində səylər davam etdirilir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar