Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rəşt-Astara dəmir yolu xətti ilə 4 il ərzində 2 milyon ton yükün daşınmasına nail olunacaq"



"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan-İran-Azərbaycan-Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir"


Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran İslam Respublikasının Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə  deyib.
 
S. Məhəmmədzadə deyib ki, onların proqnozuna əsasən, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi və açılışı ilə rahatlıqla yaxın 4 il ərzində 2 milyon ton yükü bu dəmir yolu xətti ilə  daşınmasına nail olunacaq: "Əlbəttə ehtimal olunur ki,  daşınacaq yükün həcmi daha da çox olacaq".

S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolunun icrası layihəsi prezidentin xüsusi nəzarətindədir.  “ Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İranAzərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlər haqqında razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində şimal-cənub dəmir yolu xətti Azərbaycan,  Gürcüstan və Ukrayna Avropaya birləşəcək”.
 
S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi üçün müəyyən vaxt və görüləcək işlərin qrafiki hazırlanıb: "Dəmir yolun xəttinin uzunluğu 200 kilometrdən azdır.  Azərbaycanİranın  birgə koordinasiyalı işi nəticəsində layihə daha az zamanda təkmilləşəcək  və  4 ildən az bir vaxtda yekunlaşacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar