Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev səhiyyə sahəsindəki problemlərdən danışdı


“Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və müalicə olunmaq müşkülə çevrilir. Son illər Türkiyədə oxuyub gəlmiş həkimlərin sayəsində müəyyən dönüş yaransa da, hələ də köhnə nomenklatura onlara da bildikləri formada hərəkət etməyə icazə vermir”


Bunu yeni yaradılmış AXCP-nin sədri Razi Nurullayev deyib. 

O, bildirib ki, acınacaqlı vəziyyətin düzəldilməsi üçün müəyyən addımların atılması vacibdir: “Son illər tikilən və təmir edilən dəbdəbəli səhiyyə müəssisələri ilə fəxr etməyə dəyməz. İstəyirsiniz, lap almazdan, brilliantdan tibb sarayları tikilsin, qızıl və brilliantdan tibb alətləri düzəldilsin, cərrahlara brilliantdan əlcəklər geyindirilsin, amma fakt dəyişməyəcək, yenə də xəstə ayağı buraxıb, sağlam ayağı kəsən cərrahlar olacaq, xəstə dalağ yerinə, qaraciyəri müalicə edən həkim olacaq, apenditsit ağrısını mədə ağrısı kimi qələmə verəcək, dünya tibbində cərrahi əməliyyatın ölümlə nəticələnəciyi ehtimalı yüksək olan xəstəliyi biçaqla yarıb, xəstəni ömürlük şikəst edəcək həkimlər olacaq. Səbəb aydındır. Savadsızlıq, pula hərislik və bərbad idarəçilik. Təcili tədbirlər görülməlidir və bunları zaman-zaman çox demişik, amma yenə də xatirlatmaqda fayda gördük”.

“Birincisi, Səhiyyə Nazirliyi qohumbazlıq, yerlibazlıq və rüşvətlə işə götürmə ənənəsindən birdəfəlik qurtarmalıdır” deyən Razi Nurullayev əlavə edib ki, köhnə nomenklatura bunu həyata keçirə bilməz: “Səhiyyə Nazirliyinin, nazir daxil olmaqla 50 faiz idarəedici heyəti dəyişməlidir. Yerinə xaricdə təhsil almış, dünya poliklinikalarında idarəetmə təcrübəsi keçmiş şəxslər gətirilməlidir. Yaxşı həkim olmaq, tanınmaq, çox pulu olmaq və iqtidara göstərdiyi xidmətə görə təyinat yolverilməzdir. İnsanların sağlamlığı və həyatı ilə oynamaq cinayətdir.

İkincisi, Tibb Universitetinin rüşvət və korrupsiyadan təmizlənməsinə ehtiyac var. Sovet dönəmində rüşvətin ən çox tuğyan etdiyi universitet Tibb Universiteti idi. Son illərə kimi də bu davam edirdi. İndiki vəziyyətdən tam məlumatlı deyiləm, amma bilirəm ki, bu tibb müəssisəsi çox az sayda yetişkin və qabiliyyətli tibb işçisi hazırlaya bilir. Tibb Universitetinin tamamən yenidən qurulmasına zərurət var. Həm prezident və hökumət fərdi nəzarətə götürməli, həm də Universitetə 40-50 arası xarici mütəxəssislərin dəvət olunması vacibdir. Bizim millətimizin bir xasiyyəti var ki, hamı özündən və işindən çox razıdır, hamı özünü hər kəsdən üstün tutmağa çalışır, amma, onların fitnəsi ilə səhiyyəni daha da bərbad hala salmaq olmaz. Xarici mütəxəssislərə ehtiyac var və kim bunun əksini deməyə çalışırsa, ilk fitnə toxumlarını səpən elə odur. Ən azından tibb sahəsində, şəxsi və fərdi maraqlardan çıxış etmək cinayət əməli sayılmalıdır.

Üçüncüsü, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılması çox mütərəqqi addımdır və bunu alqışlayırıq. Bununla bərabər, dünyaca məşhur daha bir neçə tibb institutlarının Bakıda filiallaırnın yaradılması və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhatə etmədiyi müalicə növləri üzrə kadrlar hazırlaması zərurətdir. Bahalı idman yarışları keçirir və buna pul tapa biliriksə, demək bu tip xalqa doğrudan da vacib olan problemlər üçün də pul tapılar. Bakıda kardiologiya, burun, qulaq və boğaz, böyrək, onkologiya və bir çox digər tibbi sahələrdə kadr hazırlığına ehtiyac var. Ən vacib ehtiyaclardan biri də terapevtlərin – can həkimlərinin hazırlanmasıdır. Heç kim məndən inciməsin, amma hələ də normal və savadlı bir can həkiminə rast gəlməmişəm. Sahə həkimlərinin çox hissəsi aşağı səviyyəli biliklərə malikdir.

Dördüncüsü, nəhayət ki, məcburi tibbi sığorta işə salınsın. Kasıb Gürcüstanda əhali məcburi tibbi sığorta ilə təmin olunub və təmasda olduğum gürcülər çox razılıq edirlər. Kasıblar gün üzü görməyə başlayıb. Amma, varlı Azərbaycan, xöşbəxt Azərbaycan vətəndaşları nə normal tibbi xidmət ala bilirlər, nə də “pulsuz” olan tibbi xidmətləri pulsuz yola verə bilirlər. “Pulsuz” tibbi xidmət o qədər bərbad vəziyyətdədir ki, danışmağa dəyməz. İnsanlar yenə də doğum evlərində rüşvətlə dünyaya gəlir və son mənzilə salınmaq üçün də yenə də həkimdən rüşvətlə ölüm kağızı alır. Budur həqiqət.

Beşincisi, özəl tibb müəssisələrinə qarşı tələblər ən azı on dəfə sərtləşməlidir. Yalançı və lazım olmayan analizlərin aparılmasına, şişirdilmiş qiymətlərin qoyulmasına, həkim-əczaçılıq şirkətlərinin dərman sırıma əməkdaşlığına son qoyulmalıdır. 10-15 otaq təmir edib, binanın bir mərtəbəsini təmir etdirib tibb müəssisəsi yaratmaq olmaz. Elə həkimlər var ki, 4-5 yerdə işləyirlər. Məgər bundan keyfiyyət dəyişir? Necə olur ki, özəl tibb müəssisələrinin sayı durmadan artır, amma keyfiyyət dəyişmir?”

“Öz ölkəsində heç nəyə yaramayan, sadəcə pul verib özünü reklam etdirən xarici həkimləri bura gətirib insanların sağlamlığı ilə də oynamaq olmaz” deyən Razi Burullayev sonda vurğulayıb ki, özəl tibb tibbin keşikçisinə yox, asan pul qazanmaq məkanına çevrilib: “Məgər hökumət bunu görmür? Görüb susursa, bu qanunsuzluqlara şərikdir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar