Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Azərbaycanı görünməz kanallarla sıxır


Elxan Şahinoğlu: “Qərbin ciddi təzyiqi olsaydı, rəsmi Bakı müstəqil QHT-lərin üzərinə bu qədər arxayın getməzdi”


ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin direktoru İlqar Nəsibovun qəddarcasına döyülməsi haqda sualı cavablandıran rəsmi bu haqda dünəndən bəri əlavə yeni məlumata malik olmadığını deyib. 

İ.Nəsibovun durumu ilə bağlı Dövlət Departamentinin öncə açıqladığı bəyanatın Azərbaycan hökumətinin davranışı ilə bağlı ilk bəyanat olmadığını vurğulayan sözçü Vaşinqtonun Azərbaycanda sivil cəmiyyətə tətbiq edilən məhdudiyyətlərdən dərin narahatlığını ifadə edib. “Son vaxtlarda biz Azərbaycanda sivil cəmiyyətə, söz azadlığına qoyulan məhdudiyyətlərin artdığını müşahidə edirik.  Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə, onlara öz fikirlərini sərbəst ifadə etməyə imkan verməyə çağırırıq”. Jen Psaki əlavə edib ki, Azərbaycan vətəndaşlarının hüquqlarına hörmət olunması xalqın mənafeyinə və firavanlığına xidmət edəcək mühüm amildir.

“Amerikanın Səsi”nin ABŞ Dövlət Departamentindəki müxbiri Azərbaycan hökumətinin bu çağırışlara məhəl qoymadığı təqdirdə, insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün rəsmi Bakıya qarşı nə kimi ölçülər götürülə biləcəyini soruşub.

“Mən spesifik plan açıqlaya bilmərəm,” deyə Dövlət Departamentinin sözçüsü bildirib.  “Biz insan haqlarının pozulmasından narahatlıq keçirən avropalı müttəfiqlərimizlə və başqa tərəfdaşlarımızla birgə işləyirik.  Konkret bu məsələdə də fəaliyyətimizi davam etdirəcəyik”.

Rəsmi Bakı məsələyə sərt reaksiya verib. “ABŞ Dövlət Departamenti sözçüsünün Azərbaycan ilə əlaqədar verdiyi açıqlamalar əsassız və qəbuledilməzdir”. Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev bildirib. “Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub”. (modern.az) E.Abdullayev qeyd edib ki, ABŞ digərlərində problemlər axtarmaq əvəzinə, öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. “Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır” deyə nazirliyin sözçüsü bildirib.

Aldığımız məlumata görə, Qərbin təzyiqləri yalnız şahidi olduğumuz bəyanatlardan ibarət deyil. Belə ki, ABŞAvropa Azərbaycanı görünməz kanallarla da sıxır və bu barədə hər hansı açıqlama verilmir. Güman olunur ki, bura ayrı-ayrı məmurlara qarşı sanksiyaların tətbiq olunması hədələrindən tutmuş bank hesablarının dondurulmasına qədər bir sıra təzyiq rıçaqlarının işə salınacağı barədə mesajlar daxildir. Etibarlı mənbədən qəzetimizə sızdırılan məlumata görə, bəzi Avropa ölkələrindən 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilə biləcəyi haqda xəbərdarlıqlar da səslənib. Məlumata görə, Avropa Oyunlarına ciddi hazırlaşan rəsmi Bakı vəziyyətin bu həddə gəlib çıxmasını arzulamadığı üçün yaxın aylarda, xüsusilə də payız dönəmində vəziyyətin yumşaldılması üçün addımlar atmaq, əfv vermək və siyasi məhbus yükünü nisbətən azaltmaq niyyətindədir. Bəzi ekspertlər də hesab edir ki, vəziyyət indiki şəkildə davam edə bilməz. Odur ki, hakimiyyət həm daxildə durumu yumşaltmaq, həm də Qərblə dil tapmaq üçün müəyyən addımlar atmalıdır.

Politoloq Elxan Şahinoğlu deyir əslində ABŞAvropa Birliyinin Azərbaycanda bır sıra müstəqil QHT-lərin sıxışdırılmasına ciddi reaksiyasını müşahidə etmir: “Doğrudur, bəzi avropalı rəsmilər və amerikalı diplomatlar rəsmi Bakının daxili siyasətini tənqid edən açıqlamalar verirlər, həbsləri pisləyirlər, ancaq bu açıqlamalar Azərbaycan hakimiyyətini siyasi kursuna təsir etmir. Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməsi də həbslərə mane olmur. Bu ondan irəli gəlir ki, rəsmi Bakı təhlükəsizlik və enerji məsələlərində ABŞAvropa ilə əməkdaşlıq edərkən, daxili məsələlərin həllində sərbəstdir və özünə kənardan təzyiq hiss etmir. Digər tərəfdən Ukraynada və Avrasiya bölgəsinin müxtəlif hissələrində müharibə gedərkən, Qərb ölkələri rəsmi Bakıya ciddi təzyiq etmək istəmirlər. Qərbin ciddi təzyiqi olsaydı, rəsmi Bakı müstəqil QHT-lərin üzərinə bu qədər arxayın getməzdi. Elə dövlət başçısı İlham Əliyev də yayda Azərbaycan diplomatları qarşısında çıxış edərkən belə bir ifadə işlətmişdi: ”Heç bir amerikalı və avropalı rəsmi və ya diplomat mənimlə görüşdə daxili məsələləri qaldırmır, məndən nəsə tələb etmir..."


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar