Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ əlili 3 ildir ev tikə bilmir


“Mən də bəziləri kimi yalandan əlil olsam, yanmazdım”


“Dövlət tərəfindən verilən evimi oğlum əlil doğulduğu üçün satdım”-deyən, Qarabağ əlili Ramiz Məmmədov bugün də evsiz-eşiksizdir. 
Binəqədi rayonu Biləcəri qəsəbəsində torpaq sahəsi olan R.Məmmədov 3 ildir ki, ev tikməyə çalışır lakin icra nümayəndələri evi sökürlər. 

Bu səbəblə redaksiyamıza müraciət edən, şikayətçi durumu ilə bağlı yardım edilməsini rica edir:

“Evimi tikmək üçün bankdan da 6 min manat borc pul götürmüşəm. Hələ də onun faizlərini ödəyirəm. Amma evi tikə bilməmişəm. 3 ildir yorulmuşam daha get-gəldən. Pul da dağılıb, gedir. Mən 3 dəfə yaralanmış adamam. Məndən ev tikməyə 5 min manat pul istəyirlər. Hardan tapım?! 20 yanvar hadisələri zamanı, bir dəfə Fizulidə, bir dəfə də Qazaxda yaralanmışam. Bu dəqiqə də ayağımda qəlpə var. Başımın yarısı yoxdur. Mən də bəziləri kimi yalandan əlil olsam yanmazdım”.

Bələdiyyə nümayəndələrinin evin tikintisinə heç bir mənfi müdaxilə etmədiyini deyən, şikayətçi evi tikməyə İcra Hakimiyyəti nümayəndələrinin izn vermədiyni söylədi.  

Hələ də kirayədə yaşayan R.Məmmədov, aidiyyatı qurumlardan onun probleminə diqqət yetirilməsini xahiş edir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar