Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qara haşiyədə bitən yaradıcılıq

Təxminən 30 il öncə rus dilində bədii əsərlər oxumağa başlayanda ən əvvəl onun gözəl povestlərini oxumuş, bəyənmiş, başqalarına da tövsiyə etmişdim


Yazıçı Rüstəm İbrahimbəyova həmişə hörmətim olub. Təxminən 30 il öncə rus dilində bədii əsərlər oxumağa başlayanda ən əvvəl onun gözəl povestlərini oxumuş, bəyənmiş, başqalarına da tövsiyə etmişdim. Onun filmləri isə özgə aləm idi.
Rüstəm müəllim Ziyalılar Birliyinə qoşulanda, siyasi proseslərə töhfə verəcəyi qətiləşəndə onun yaradıcılığına rəğbəti olan hər kəs bunu məmnunluqla qarşıladı. Gerçəkdən də dünya şöhrətli ədibimizin ölkənin, xalqın taleyi üçün narahatlıq keçirərək, ortaya mövqe qoyması təqdirəlayiq idi. 

Ancaq İbrahimbəyov Milli Şuranın sədri seçiləndə və ardınca prezidentliyə vahid namizədliyi təsdiqlənəndə fikirlər bir qədər haçalaşdı. Çoxluq görkəmli ziyalımızın vahid namizədliyinin xeyirli-uğurlu olacağını düşünür, buna inanırdı, azlıq bu perspektivə şübhə ilə yanaşırdı. 
Proses irəlilədikcə İbrahimbəyovun vahid namizədliyinin uğura gətirməyəcəyini düşünən azlığın sırası genişləndi, amma heç vaxt çoxluğa çevrilmədi.

Müxalifətin hər ehtimala qarşı işini ehtiyatlı tutması, ehtiyat vahid namizəd müəyyənləşdirməsinin zərurəti barədə təklif səslənəndə ortaya olduqca zərərli “ya İbrahimbəyov, ya İbrahimbəyov” şüarı atıldı və bu, təbii olaraq bizi düşündüklərimizi yumşaq şəkildə, ciddi redaktə edə-edə (düşərgənin mənafeyinə zərər gəlməsin) yazmaq zorunda qoydu. Bu da İbrahimbəyovçu çoxluğun bir hissəsi tərəfindən aqressiya ilə qarşılandı.
Ortaya total xarakter daşıyan təhqiramiz hücumlar, pisləmələr, qınamalar çıxdı. Bu gün o cür selləmə təhqir-tənqid müəlliflərini şiddətlə qınamaq da olar, amma bəzi vicdansız yanaşmaları nəzərə almadan, vicdanlı yanılma kimi də. 

Bu gün keçənə güzəşt deyib, ikinci variantı seçək. İbrahimbəyovun uğurlu namizəd olacağına ümid edərək yanılanlar ölkədə dəyişikliklər olmasını şiddətli şəkildə arzu edirdilər. Ancaq dəyişikliyi daha şiddətlə arzu etmək o anlama gəlmir ki, ətrafda baş verənlərə fanatikcəsinə, kor-koranə yanaşasan. Sabiq vahid namizədin ard-arda verdiyi yanlış qərarları və “bir həftədən sonra ölkəyə dönəcəyəm”, “gələn ay gələcəyəm” kimi hər dəfə yalan çıxan vədləri nəzərə alaraq bilmək olardı ki, Milli Şura yoxuşa qalxan yoldadır. 
Həmin dövrdə Milli Şuranı tənqid edən, İbrahimbəyovun namizədliyini istəməyən iki cinah vardı. Bunların sözü, səsi müəyyən qədər üst-üstə düşsə də, hər tərəfin motivi ayrı idi. Müxalifətə yaxın olan qüvvələr “burjuy” İbrahimbəyovun 20-25 ildən bəri demokratiya, azadlıq uğrunda can qoyan prinsipial liderlərin önünə keçirilməsindən narazı idilərsə və onun bu yükü daşıya biləcəyinə şübhə edirdilərsə, hakimiyyət dairələri Milli Şura sədrinin “Kremlin layihəsi” olduğundan əndişəliydilər, onun müxalifəti birləşdirməsindən qorxurdular. 

İş elə gətirdi ki, bir tərəfin narahatlığı tam doğruldu, ikinci tərəf isə İbrahimbəyov faktorunu Moskvaya məlum və hələlik nəmalum olan güzəştlərlə neytrallaşdırdı. Rusiya prezudenti Putin ölkəmizə gələn günədək “İbrahimbəyov Moskvanın adamıdır” deyə haray-həşir qoparan, vətənpərvər müxalifəti “Rusiyanın layihəsi”ndə iştirakda suçlayan iqtidar məsələni elə düzüb-qoşdu ki, özü Rusiyanın layihəsinə çevrildi. İbrahimbəyov isə oyundan kənar vəziyyətdə qaldı. 

Hələ nə yaxşı ki, avqustun 23-də professor Cəmil Həsənlini yeni vahid namizəd olaraq irəli verən müxalifət qüvvələri ziyanın yarısından qayıtdılar, yoxsa gerçək müxalifət düşərgəsi bütünlüklə oyundankənar vəziyyətdə qalacaqdı.

Bu gün artıq bizim İbrahimbəyovun siyasi fəaliyyəti barədə mənfi səciyyəli yazılar yazmağımıza ehtiyac yoxdur. Bu sətirlərin müəllifi hələ bir ay öncə Milli Şura barəsində “Raxit qurum”, İbrahimbəyov haqqında isə “Demontajla məşğul olmaq yerinə” adlı köşələr yazıb. 
Birinci yazımı işlədiyim qəzetin əleyhinə “tutarlı arqument”ə çevirənlər etiraf etməsələr də İbrahimbəyovun liderlik, Eldar Namazovun rəhbərlik, digər anti-İsa Qəmbər düşüncəli şəxslərin fəallıq etdikləri Milli Şuranın nə dərəcədə çəlimsiz, zəif qurum olduğunu gördülər. 
Hansısa filmin çəkilişləri başa çathaçatda sıradan çıxan yaradıcıların adını adətən titrlərdə qara haşiyəyə alırlar. Qoy Cəmil Həsənlinin Milli Şurası bəzi yaradıcıların adını indidən qara haşiyəyə alsın.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar