Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin sürpriz Yaxın Şərq səfəri - Təhlil


Tramp qınandığı halda, rus lider bölgədə nüfuz qazanır


İshaan Zarur

“Washington Post” (ABŞ)

 

Rusiya prezidenti Vladimir Putin sürətli Yaxın Şərq turnesi çərçivəsində Suriyaya sürpriz səfər reallaşdırıb. Sonradan Misir və Türkiyəyə də baş çəkən Putin liderlərlə görüşüb, foto kameralar qarşısında boy göstərib, nəhəng məbləğli energetika müqavilələrini imzalayıb və nüfuzlu beynəlxalq dövlət xadimi rolu oynayıb. Prezident Tramp bölgədə qınandığı halda, Putin zəkalı və etibarlı tərəfdaş kimi tanınıb.

Qahirədə Putin 2015-ci ildən dayandırılmış Rusiya şirkətlərinə məxsus kommersiya reyslərinin bərpasını elan edib. Prezident Əbdülfəttah Sisi ilə müzakirələrdə 30 milyard $-lıq nüvə stansiyası inşasına dair müqavilə və Rusiya hava qüvvələrinin Misir hərbi bazalarından istifadəsi imkanı əsas məsələlər olub.

Ankarada Putin 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla səkkizinci dəfə bir araya gəlib. Rus döyüş təyyarəsinin vurulması və Rusiya səfirinə sui-qəsddən bu yana iki ölkənin münasibətləri xeyli düzəlib. Ərdoğan və onun müttəfiqləri yavaş-yavaş bu fikri qəbul etməyə hazırlaşır ki, onların Vaşinqtonla mövcud narazılıqları dövründə Rusiya Suriyada onları sadəcə arxa cərgədə qoyur.

Bəs Suriya? Rusiyanın 2015-ci ildə hərbi müdaxiləsinin təşəbbüskarı olan Putin prezident Bəşər Əsədlə görüşüb, İŞİD üzərində qələbə qazanıldığını və rus qüvvələrinin qısa zamanda çıxarılacağını açıqlayıb. “İki il ərzində Rusiya silahlı qüvvələri Suriya ordusu ilə birlikdə beynəlxalq terrorçuların ən misilsiz qrupuna qalib gəliblər, – sahilyanı Latakiya şəhəri yaxınlığında yerləşən Xmeymim hərbi bazasında Putin deyib. – Mən qərar verdim: Suriya Ərəb Respublikasındakı Rusiya hərbi kontingentinin böyük hissəsi evə, Rusiyaya dönür".

İki illik dövrdə Rusiyanın bu bölgədə etdiklərinə dair həm qürur, həm də şübhə var. Müdaxilənin tənqidçiləri Moskvanın bataqlığa girdiyini düşünürlər. Amma Putin bütün Rusiyaya, həm də ABŞ-a bunun əksini göstərdi.

"Amerika Yaxın Şərqdə ənənəvi rolundan yayındığı üçün Rusiya onu əvəz etdi”, – Yuliya İoffe “The Atlantic”də Putinin strategiyası ilə bağlı son məqaləsində belə yazmışdı.

Müqayisə üçün: iki ardıcıl ABŞ administrasiyası Yaxın Şərqə dair siyasəti formalaşdırmaq istəyib. ABŞ-ın ənənəvi ərəb müttəfiqləri Obama administrasiyasını söyürdülər. Müttəfiqlər ABŞ-dan 2011-ci ildəki demokratiyaya istiqamətli qiyamlara və sonra Suriyada Əsədin devrilməsi üçün kifayət qədər iş görmədiyinə görə incikdirlər.

Yaxın Şərq İnstitutundan olan Pol Salem “Today`s WorldView”-a deyib ki, “Obama administrasiyasının laqeydliyi Rusiyaya böyük fürsət verdi. Hazırkı administrasiya, rusiyapərəst prezidenti ilə birlikdə, Rusiyanın xeyrinə olan işlər görür".

Paradoksal olsa da, Tramp – sabiq ABŞ administrasiyası mirasını mühakimə edən şəxs Əsəd rejiminin dinc sakinlərə kimyəvi hücumundan sonra Suriya hökumətinin aerodromuna raket həmləsini həyata keçirdi. O zamandan, Obamanın İŞİD-ə qarşı etdikləri və Raqqa əməliyyatı istisna olmaqla, çox iş görülməyib. Tramp Suriyadakı "mötədil” üsyançılara gizli dəstəyi azaldıb.

Trampın son “qəhrəmanlıqları” da vəziyyətə kömək etməyəcək. Ankarada Ərdoğan və Putin, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair narahatlıq ifadə edib. Putin deyib ki, Trampın qərarı "Yaxın Şərq böhranının nizamlanmasına kömək etmir, əksinə, onsuz da mürəkkəb olan durumu daha da gərginləşdirir".

Regionun bir sıra ölkələrində bu il keçirilən bir “Pew” sorğusunda respondentlərin 64%-li cavabından, on il əvvəlki nisbətlə müqayisədə, Rusiyanın Yaxın Şərq işlərində daha təsirli olduğu görünür. Bu qavrayış gələcək aylarda inkişaf edə, Rusiya isə yaxşı faydalana bilər. "Bir çox yerli aktyor üçün Rusiyanın artan iştirakı tarazlıq mənbəyi kimi cazibədar görünür, – gündəlik “Daily Sabah” qəzetində türkiyəli akademik Talha Köse yazıb. – Tramp administrasiyasının Qüdsü İsrailin paytaxtı elan etməsi kimi qeyri-sabit hərəkətləri yalnız ABŞ təsirinin azalmasına sürət verəcək və Moskva üçün yol açacaq".

Pol Salemin sözlərinə görə, ruslar "Soyuq müharibədə maraqlı deyillər", lakin onlar “Yaxın Şərqdəki təsirlərini genişləndirmək və beynəlxalq gücün bir hissəsi kimi rol oynamaq istəyirlər". Rusların səyləri, Misirlə razılaşmadan göründüyü kimi, Şərqi Aralıq dənizində potensial böyük təbii qaz yataqlarına giriş imkanlarını inkişaf etdirən silah və dinc nüvə enerjisinin ixracına yönəlib.

Nəticədə, ruslar Səudiyyə-İran rəqabətinin xaotik oyununda Yaxın Şərqin hakimi rolunu oynaya biləcəklər.

Mühafizəkar “Amerika Xarici Siyasət Şurası”nın sədri Stiven Blank yazır: "Biz Yaxın Şərqdə uzun müddətdir çalışırıq. Lakin bu, Vaşinqton üçün belə deyil. ABŞ-ın bölgədə iştirakı bir sıra spazmatik, ən yaxşı halda, taktiki hərəkətlərə və ən pis halda, yalnız təhlükələrə deyil, həm də nüfuz savaşında qəzəbə çevrilib". (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar