Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin çıxışında iki mühüm məqam


Zahid Oruc: “Prezident ölkədəki bütün vəziyyətə hakimdir, reallıqları yaxşı bilir və ən başlıcası, cəmiyyətin də gözləntiləri məhz İlham Əliyevdəndir”


Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 10 yanvar iclasında arxada qalan ilə yekun qiymətləndirməsini etməklə yanaşı, 2017-ci il üçün də hədəfləri göstərdi.

Dövlət başçısının çıxışından, belə demək mümkünsə, hakimiyyətin cari il üçün ideoloji xətti bəlli oldu. 2016-cı ilin müəyyən dövründə neftin dünya bazarında kəskin ucuzlaşması və dünyada gedən qlobal iqtisadi böhranın Azərbaycanda da iqtisadi problemlər yaratdığı açıq söylənilirdisə, artıq böhranlı vəziyyətdən çıxmağımız xüsusi vurğulanır. Şübhəsiz ki, bunun arxasında ciddi əsaslar olmasaydı belə əminlik də olmazdı. 

Prezident deyib ki, reallıq ondan ibarətdir ki, 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılıb, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq: “Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək”.



Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezidentin çıxışının müxtəlif məqamları üzərində şərhlər vermək mümkündür. Yanvarın 10-da keçirilən müşavirənin iki məsələ üzrə xüsusi əhəmiyyəti var: 

“Birincisi,  dövlət, onun ali rəhbərliyi Azərbaycan üzərində hazırlanan bir sıra beynəlxalq layihələri sona qədər cəmiyyətlə paylaşmaq istəmir və bu, başadüşülən bir mövqedir. Siyasət bütün gizlinlərin faş edilməsini tələb etmir. Mən nəyi nəzərdə tuturam? Cənub Qaz dəhlizi ilə bağlı imkanlarımız tükənərsə, biz müxtəlif xarici dövlətlərin ayrı-ayrı planlarına qoşulmaq məhkumluğunda ola bilərik, ayrı-ayrı paytaxtlarda belə gözləntilər mövcud olub deyərkən, bu, məncə, cənab prezidentin indiyə qədər söylədiyi fikirlərdən xeyli fərqli tezis idi. Azərbaycan cəmiyyəti öz həyatında müxtəlif sosial, iqtisadi problemlər, çətinliklər və ya uğurlar yaşaya bilər. Amma hər kəs onu qəbul eləməlidir ki, dövlət və onun konkret birinci şəxsi bütün bu konfidensiallıqları bilərəkdən sanki bütün məsuliyyəti öz üzərinə götürür. Həmin riskləri, təzyiqləri, təhdidləri də yenə də şəxsinə qəbul edir. 

Belə olan təqdirdə Azərbaycan insanı maliyyə sabitliyi, manatın kursundakı məlum korreksiyaların nəhayət bir sona gəlməsini gözlədiyi halda, məsələlərə sırf bu çərçivədə yanaşdığı yerdə görünür ki, bizim ölkə üzərində daha qlobal oyunların getməsi faktı mövcuddur. Bu baxımdan, prezidentin böhrandan çıxdığımızı söyləyərkən həm də bunun bir siyasi təhlükəsizlik, geopolitik qatının olduğunu düşünürəm”. 

Deputat ikinci mühüm məqam kimi prezidentin 2016-cı illə bağlı qiymətləndirməni apararkən bank sektoruna daha böyük zərbənin dəydiyini söyləməsini vurğuladı: “Cənab prezidentin sözlərindən sonra gözləmək mümkündür ki, çox mühüm daxili, kameralar qarşısında olmayan özəl tapşırıqlar və tövsiyələr verilib. Mərkəzi Bankın rəhbərinin yanvarın 11-də keçirdiyi görüş də onu deməyə əsas verir ki, ən başlıca istiqamətdə görülən işləri bugünkü reallıqda məhz bank sektoru sanki əngəlləyir. Yəni hamı uzun illər ərzində Azərbaycanın beynəlxalq aləmdə göstəricilərinə mənfi təsir edən idxal və ixracdakı müxtəlif monopoliyaları və sairi qabardırdılar. İndi bu sahədə hər hansı ciddi problemlər qalmayıb. 

Şəffaf şəkildə istənilən insan hər hansı bir mal və məhsul üzərində inhisarçı mövqe olmadan, daxili bir təhdid almadan, kiminləsə məcburi hesablaşmaya məruz qoyulmadan əməliyyatları yerinə yetirə bilər. Lakin o başqa bir söhbətin mövzusudur ki, bu gün ölkədə qeyd etdiyimiz maliyyə sabitliyi tam təmin olunmadığından əhali hər hansı bir sahibkar subyekti olmadan belə gözləmə mövqeyinə çəkilərək özü saxladığı ehtiyat büdcəsini də, real vəsaitlərini də ümumi dövriyyədən sanki çıxarıb. Həmçinin iş adamları da belə bir gözləmə mövqeyinə çəkilib. Bax bu fonda dövlət tərəfindən son 6 ayda aparılmış genişmiqyaslı tədbirlər, islahatlar, özəlləşmə proqramları hələ ki cəmiyyətin həyatında uğur hadisələri kimi görünmür və mən düşünürdüm bu tendensiya 2017-ci ilin ortalarına qədər davam eləyə bilər. Bundan sonra bütün geniş miqyasda müsbət dönüşü biz hiss edəcəyik. Cənab prezidentin müşavirədə qabarıq olaraq həmin məsələləri qeyd etməsi düşünməyə əsas verir ki, qeyd edilən geniş miqyasda müsbət dönüş daha tez başlaya bilər”.

Z.Orucun sözlərinə görə, dövlətin resursu var ki, maliyyə sabitliyi sahəsində ahəngdarlığı təzədən bərpa eləmək mümkün olsun: 

“Banklara əhali ilə münasibətlərini sağlamlaşdırmaq üçün mütləq dövlət tərəfindən yardım olunmalıdır. Bunu biz açıq söyləməliyik. Heç kim banklar üçün gün ağlamaq mövqeyindən çıxış eləmir və onları da düşmən tərəfi kimi qələmə vermir. Hamıya bəllidir ki, bütün böyük layihələrin başlıca qarantiyası banklar vasitəsilə verilir. Ona görə də mənim yekun yanaşmam ondan ibarətdir ki, cənab prezident ölkədəki bütün vəziyyətə hakimdir, reallıqları çox yaxşı bilir, əminəm ki, mühüm planlara malikdir və ən başlıcası cəmiyyətin də gözləntiləri birinci şəxs olaraq məhz prezident İlham Əliyevdəndir. Odur ki, hökumət 2017-ci ildə maksimum gücü ilə işləyəcək və yeni islahatlar, yeni addımlar qaçılmaz olacaq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar