rezonans

Xəbər xətti

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək

21:35 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:29 Tansu Çillərdən Ərdoğana böyük dəstək - mitinqinə gəldi + Video

21:22 Ələt-Astara yolunda qadın sürücü maşını aşırdı

21:15 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:09 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:02 Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb

20:55 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:48 “Taliban” atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

20:41 Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

20:33 Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:25 Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

20:19 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:11 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:02 Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb

19:53 Şabranda yanğın olub - 1 nəfər zəhərənib

19:46 “Maşın” yenidən başlayacaq

19:39 Rusiyada azarkeş xəstəxanalıq olub

19:32 Nazirlikdən xəbərdarlıq

19:25 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:18 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:10 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:02 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

18:55 Milyarder sevgilisindən xəyanətə görə ayrılıb

18:47 Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

18:40 “Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

18:33 Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir

18:26 Mehriban Zeynalova: “Psixoloji zorakılıq bütün ailələrdə müəyyən qədər var”

18:19 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:12 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:05 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

17:58 40-dan çox miqrantın olduğu qayıq batıb

17:50 Qaçqın problemi Merkelin “başını yedi”

17:43 Şabranda təcili yardım maşını yanıb kül oldu

17:35 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

17:28 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:21 Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17:15 Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı

17:07 Yunanıstan və Makedoniya XİN başçıları saziş imzalayıblar

16:59 Sevgili olduqlarını artıq gizlətmirlər

16:54 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

16:48 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

16:41 ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

16:34 Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

16:27 Meksikada yol qəzası zamanı 7 adam öldü

16:20 Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video

16:13 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:06 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

15:59 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

15:51 Məsud Özildən sevgilisinə 1 milyonluq hədiyyə

15:44 Binəli Yıldırım “Eurovision”u tənqid edib

15:37 Qlobal məsələ

15:30 İsrail yenə Qəzzanı bombaladı

15:22 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

15:14 “Əvvəldən plan qurduq ki, maşını mən qazanacam” - Roza

15:07 Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

15:00 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

14:55 “Qəbələ” ilk legioner transferini həyata keçirdi

14:49 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

14:43 Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb - Video

14:36 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

14:29 Türkiyə Antarktikada elmi baza yaratmaq niyyətindədir

14:22 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

14:15 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:08 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:00 Bu gün hava necə olacaq?

13:40 Göyçayda minik avtomobili motosikletçini vurub

13:31 Rusiyanın bayramını korlamalıyıq - Ukraynalı nazir

13:23 Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir

13:18 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

13:15 DÇ-2018: Kosta-Rika Serbiyaya qarşı

13:08 Hüseynin anası Rozanı məhkəməyə verir

13:01 Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

12:56 Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”

12:50 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

12:43 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi - Video

12:37 Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

12:30 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:24 Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

12:17 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:10 “Adam kimi boşana bilmədik” dedi, tənqid olundu

12:03 Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

11:58 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

11:52 Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

11:46 Ceyms Coysun həyatı haqqında hər şey - Faktlar

11:40 Araz çayında batan İmişli sakininin cəsədi tapılıb

11:34 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

11:28 Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:22 Yaponiyada güclü zəlzələ olub

11:16 Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

11:10 İmişli sakini Araz çayında çimərkən boğulub

11:04 İŞİD-çi özünü partlatdı: 26 ölü

10:59 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

10:54 Şamaxıda yük avtomobili ilə minik avtomobili toqquşub

10:48 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

10:42 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

10:36 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

10:30 Paşinyan Sarkisyanın oliqarx-quldurlarına qarşı

10:24 Yevlaxda avtomobil naməlum piyadanı vurub

10:18 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:12 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” - Rəsmi Bakı

10:06 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN

21:53 İstanbulda İŞİD əməliyyatı - 30 nəfər saxlanıldı

21:40 Moskvada sürücü avtomobili piyadaların üzərinə sürüb, 8 nəfər xəsarət alıb

21:24 Sürücülər benzinin qiymətinin artırılmasına qarşı etiraza qalxdı

21:10 Əfqanıstanda qanlı bayram: 26 ölü

20:59 Hindistanda yol qəzası: 6 ölü

20:45 “Mən məmur olmaq və dövlətə kömək etmək istəyirdim, amma məni... ”

20:33 Azərbaycan poloçuları Dünya Kubokunun finalında

20:21 Hüseyn Abbas və İlhamədən üzr istədi

20:10 Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi

19:44 İran prezidentinin maraqlı fotosu yayıldı

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

19:17 Bakıda liftdə qalan 11 nəfər xilas edilib

19:08 Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

19:00 Gizem Karacaya daha bir bəd xəbər



GÜNDƏM

...

Prezident İlham Əliyev: “Gəncənin inkişafı üçün əlimdən gələni edəcəyəm”

Tarix 10.11.17, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik”


“Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq”.

AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Gəncə qədim mədəniyyət mərkəzidir: “Gəncədə bütün dövrlərdə ədəbiyyat, incəsənət, memarlıq sənəti inkişaf etmişdir. Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaratmış görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Əlbəttə, Gəncə kimi gözəl, qədim şəhərə çox gözəl filarmoniya binası da lazım idi. Gəncəlilər bir neçə il bundan əvvəl bu təkliflə müraciət etdilər və göstəriş verildi ki, filarmoniya tikilsin. Gəncənin demək olar ki, ən gözəl yerlərindən biri seçildi və çox gözəl memarlıq üslubunda filarmoniya tikildi. Burada iki konsert zalı yaradılıbdır. Böyük konsert zalının oturacaqlarının sayı 1200-dür, yəni, çox böyük konsert zalıdır. Filarmoniyanın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Onu da qeyd etməliyəm ki, Bakı Filarmoniyası ilə müqayisədə Gəncə Filarmoniyası həm böyükdür, həm daha da əzəmətlidir, möhtəşəmdir, gözəldir. Əlbəttə, belə gözəl binada keçiriləcək tədbirlər, konsertlər, tamaşalar əminəm ki, gəncəlilər üçün çox xoş olacaq”.

Dövlət başçısı deyib ki, Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir: “Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar. Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik”.

Prezident qeyd edib ki, əvvəlki illərdə də Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür: “Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Moll”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır. Yadımdadır, əvvəlki illərdə Gəncədə müalicə-diaqnostika mərkəzinin, şəhər xəstəxanasının, “ASAN xidmət” mərkəzinin, Olimpiya-İdman Kompleksinin, sənaye obyektlərinin açılışları olub. Görülən bütün bu işlər Gəncənin həm sənaye, həm iqtisadi, həm mədəni həyatında çox mühüm rol oynayan amillərdir.

Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. Hələ 2000-ci illərin əvvəllərində Azərbaycanın ilk Olimpiya İdman mərkəzlərindən biri Gəncədə tikilmişdir. Artıq o vaxtdan təqribən 15 il keçir. Sonra bu Olimpiya İdman Mərkəzi əsaslı təmir olundu. Ancaq Gəncə əhalisinin və idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar idmana böyük maraq göstərirlər. Ona görə yeni müasir idman sarayının tikintisi də nəzərdə tutulur. Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, - 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. 

Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır. Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

İsrail yenə Qəzzanı bombaladı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

“LORA” raketləri Azərbaycanın hərbi bazasında

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru