Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Onların həyatı üçün hər an təhlükə yarana bilər" - Azay Quliyev


Bu gün Milli Məclisdə büdcə sənədinin detalları haqqında müzakirələr aparılıb


PİA.AZ xəbər verir ki, millət vəkili Azay Quliyev çıxış edərək hökumətın geridə qalan müddətdə qarşıda duran ən çətin vəzifənin öhdəsindən gəldiyini bildirib. O əlavə edib ki, iqtisadiyyatda ciddi geriləmənin qarşısı alınıb, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post neft dönəminə adoptasiya dövrü başlayıb. 

Bundan sonra millət vəkili Azay Quliyev təmsil etdiyi Binəqədi rayonu, 8-ci seçki dairəsinin ərazisində yerləşən Koroğlu Rəhimov küşəsi 53A ünvanlı binanın qəzalı olması ilə bağlı məsələni də diqqətə çatdırıb. 

O, qeyd edib ki, sözügedən bina uzun müddətdir ki, qəzalı vəziyyətdədir və orada yaşayan sakinlərin həyatları üçün hər an təhlükə yarana bilər: "Mən özüm bir neçə dəfə həmin binada olmuşam və vəziyyətlə tanışam. Bu problemi baş nazirin müavini Abid Şərifov da bilir və o, məsələni araşdırmaq üçün həmin ünvana komissiya da göndərib. Maliyyə çatışmazlığına görə məsələ hələlik öz müsbət həllini tapmayıb. Binanın köklü təmirə və ya yenidən tikilməsinə ehtiyac var. Xahiş edriəm, bu məsələ də diqqətdə saxlanılsın və problemin həlli üçün büdcədən lazımi vəsait ayrılsın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar