Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğurluq avtomobillər


Məmur balalarının aeroport yolunda bahalı maşınlarda 240-250 km/saat sürət yığaraq lotuluq eləməsi, bunun üstündə qəzəbə gələrək, türkün sözü, tutuqlanmaları barədə xəbərlərin internet resurslarında fırfıra kimi fırlandığı bir vaxtda qardaş Türkiyədən də bahalı avtomobillərə dair bir xəbər gəlib


Xəbər bundan ibarətdir ki, Ankarada əməliyyat keçirilib, 280 bahalı avtomobil müsadirə edilib. Heç demə, bu avtomobillər xaricdən saxta sənədlərlə gətirilbmiş. Hamısı da cip və VİP avtomobillərdir. Üstəlik, əməliyyatda şəbəkə lideri ilə bərabər 19 nəfər həbs edilib.

Xəbərin ən maraqlı yeri odur ki, avtomobili müsadirə edilənlər arasında sənətçilər, keçmiş millət vəkilləri və iş adamları da var. Diqqət edin: “keçmiş millət vəkilləri”. İndikilər yox ha, sabiqlər. Bu, onu göstərir ki, hər halda, keçmiş deputatla hazırkı deputatın arasında fərq var. Çünki bahalı avtomobillərin xası indiki deputatlardadırsa, nədən onlara bir söz deyən yoxdur. Belə çıxır ki, həmin şəbəkə saxta sənədlərlə Türkiyəyə gətirdiyi avtomobilləri satanda alıcıların mandatına baxıb, qüvvədə olub-olmadığını müəyyən edib. Görəndə ki, adam hazırda deputatdır, “əfəndim, sənə sata bilmərik” deyirmişlər.

Bu heç, burada məsələ aydındır. Ayrı-seçkilik var. Amma xəbərdə avtomobili müsadirə edilən şəxslərin arasında sənətçilərin də olduğu deyilir. Heyf ki, adlar çəkilmir. Biz ən zəif serialda epizodik rollara çəkilən aktyor və aktrisalardan tutmuş ta yenicə disk buraxmış manısalara qədər, hətta Tarkanın, Əbrü Gündəşin bek-vokallarınacan, bütün sənətçiləri tanıdığımız üçün, yəqin ki, “oğurluq cip” sürən sənətçiləri də tanıyacaqdıq. Kim bilir, bəlkə Mustafa Sandal da o sıradadır. Axı “onun arabası var, şöferi də var”, maləsəf, ad çəkmirlər.

Altıncı hissim pıçıldayır ki, gözlə, görəcəksən, “oğurluq avtomobil” sürən sənətçilərin əksəriyyəti keçən il Gəzi parkındakı aksiyalara qatılanlar və ya 30 mart seçkilərində CHP-yə, MHP-yə yaxın duranlar çıxacaq. Hər halda, heç kəs güman eləmir ki, onların arasında ötən il “ölkənin ağıllı adamları”nın siyahısına düşərək baş nazirlə görüşənlərdən kimsə olsun. Olmaz, təbii ki. Ağzında “ağıllı adamlar” deyirsən. Ağıllı adam hökumətə qarşı aksiyaya çıxarmı, hakim partiyanın namizədi dura-dura “ağ gül, qırmızı gül, bir də sarı gül” şarkısı oxuyarmı? Ağıllı adam ona deyərlər ki, diqqətli olsun.  Onda onların avtomobili müsadirə edilməz, evlərinə də, türkün sözü, haciz gəlməz.

Xüləs, qayıdaq öz ölkəmizə. Bizdə, bildiyiniz kimi qiyməti yarım milyondan baha olan avtomobillərin ölkəyə gətirilməsi yasaqlanıb. Ona görə də yazıq məmur balaları naəlac qalır, 200-300 minlik maşınlarda fırlanırlar. Son vaxtlar da hər yer radardır, kameradır deyə saatda 200-dən artıq sürə bilmirlər, əziyyət çəkirlər. Bu üzdən onlar çox kədərlidir, hətta aralarında mühacirət etmək istəyənlər də var.

Təbii ki, onların bahalı avtomobillərini müsadirə edən yoxdur, baxmayaraq ki, hamısı oğurluqdur. Məsələn, aylıq maaşı, qazancı 1000 (min) manata çatmayan gömrük rəisinin oğlu 200 minlik maşın sürürsə, demək, papası o maşının pulunu hardansa çırpışdırıb. Yəni, bizdəki bahalı avtomobillərin özləri oğurluq olmaya bilər, amma onların tədarük edilməsi üçün ödənilən pullar yüzdəyüz oğurluqdur.

Budur, xəbər gəlir ki, aeroport yolunda dərman səpən aeroplan sürəti yığan gənclərdən birinin atasını məhz oğlunun sürəti üzündən işdən çıxarıblar. Camaat “oh bəəə” deyəcək,  məmnun qalacaq. Bəlkə o biri məmurların bərkgedən oğulları da bu hadisədən ibrət dərsi götürəcək, bahalı avtomobillərini bir az yavaş sürəcəklər, bərk sürsələr də, videokameraya çəkməyəcəklər.

Belə olsa, ölkədə haqq-ədalət bərqərar olacaqmı? Bahalı avtomobillər və onlara sərf olunan böyük pullar oğurluq olmaqdan çıxacaqmı? Olmayacaq, çıxmayacaq.
Mübarizəni maşını yüksək sürətlə sürən, öz aləmlərində lotuluq edən gənclərlə yox, o gəncləri qudurdan məmur atalarla, o soyğunçu ataların dövləti, xalqı talamasına şərait yaradan sistemlə aparmaq lazımdır.  Həm də ayrı-seçkilik etmədən.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar