Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə Tramp Nobel sülh mükafatına layiq namizəd deyil?


Altı əsas səbəb bu təklifin üzərindən qalın xətt çəkir


Si Jey Verleman

“Middle East Eye”

Həm ABŞ prezidenti Donald Tramp, həm də Şimali Koreya lideri Kim Sinqapur zirvəsindən istədiklərini tam olaraq aldılar: Ağ Evin nüfuzunun artması və qəddar, yırtıcı rejimin qanuniliyinin tanınması.

Danışıqlar iki narsist və özündənrazı kişinin boş vədlərindən başqa heç nəylə nəticələnməyib: Tramp uzun müddət müttəfiqi olan Cənubi Koreyaya ABŞ-ın hərbi dəstəyini sona çatdırmağı və ya məhdudlaşdırmağı vəd edib; Kim Şimali Koreyanın 1992-ci ildən bu yana dəfələrlə bəyan etdiyini təkrarlayıb.

Vəssalam.

Əslində, ABŞ və Cənubi Koreya qəddar Şimali Koreya diktatorluğunun qanuniləşdirilməsi əvəzinə heç bir şey əldə etməyib, lakin bu, Trampı “sülhməramlı” olaraq göylərə ucaldan ekspert və siyasətçiləri dayandırmayıb.

ABŞ Konqresindəki respublikaçılar qrupu Şimali Koreya ilə gərginliyi azaltdığına görə Trampın Nobel Sülh Mükafatına layiq görülməsi üçün lobbiçilik edir.

Qəddar və təmkinli siyasətçilər

ABŞ Şimali Koreyanı silahsızlaşdırma məsələləri ilə bağlı bir neçə dəfə müzakirə masasına gətirsə də, bu danışıqlar uğursuz olsa da, Trampın mənsub olduğu partiyasının üzvləri onu dünyanın ən böyük sülh təşəbbüskarı kimi görürlər. Bu iddia sadəcə absurd deyil, həm də Trampın qəddar və qərəzli siyasətindən zərər çəkən hər kəsə qarşı hörmətsizlikdir.

Nobel Sülh Mükafatının meyarları potensial namizəd(lər)in “millətlər arasında qardaşlıq üçün ən yaxşı, ya da yaxşı iş görmüş, davamlı orduların ləğv edilməsi və ya azaldılması, sülh konqreslərinin keçirilməsi və təşviqi”nin olub-olmasını nəzərdə tutur.

Bu mənada Tramp nə edib ki?

Zırt-pırt, sıfır – heç nə!

Əslində, o, əvvəlcədən mövcud olan sülh təşəbbüslərini, qlobal demokratik norma və qurumları sarsıtmaq, döyüş meydanında daha çox mülki itkilərə icazə vermək və işgəncənin istifadəsini qanuniləşdirmək yolunu tutub.

Trampın Nobel Sülh Mükafatına layiq olmadığını göstərən altı səbəbə diqqət yetirək.

Mülki itkilər
 
Seçki kampaniyası zamanı Tramp İŞİD “nəcisini bombalamağı”, yəni Yaxın Şərqin rəhmsizcəsinə bombardman etməyi vəd edib. İngiltərədə yerləşən bir hüquq müdafiə qrupunun məlumatına görə, Trampın siyasəti nəticəsində ilk yeddi ayda sabiq prezident Barak Obamanın iqtidarda olduğu üç ildəki qədər mülki vətəndaş öldürülüb.

Bu, təsadüfən baş verməyib, ABŞ-ın İŞİD-ə qarşı hava hücumları zamanı mülki şəxslərin ölümünü minimuma endirmək üçün Obamanın qoyduğu qaydaların qəsdən zəiflədilməsidir.

Beləliklə, Tramp ilk il ərzində ABŞ-koalisiya hava hücumları nəticəsində minlərlə iraqlı və suriyalının ölümünün baiskarıdır.

Beynəlxalq hüquq və normalara hörmətsizlik
 
Ötən ay Tramp ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürərək sonuncu şəhəri İsrail paytaxtı kimi tanıyıb, bununla da İsrailin müqəddəs şəhəri qeyri-qanuni mənimsəməsini qanuniləşdirib və Cenevrə Konvensiyalarına əsasən hərbi cinayət törədib.

Hələ ötən il Tramp səfirliyi köçürmək niyyətində olduqda, fələstinli səlahiyyətli və sabiq xarici işlər naziri Nəbil Şəat demişdi: “Bu, ABŞ-ın sülh prosesində vasitəçiliyinin sonu deməkdir. Biz mübarizə aparacaq və dünyanın qalan hissəsini hərəkətə keçirəcəyik”.

İranla nüvə razılaşması
 
Ötən ay Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib. Halbuki həmin saziş bu günə qədər Yaxın Şərqdə yaranan nüvə silahı yarışına uğurla son qoymuş və ABŞ koalisiyası ilə Tehran arasında birbaşa müharibədən yayındırmışdı.

Həm Tramp, həm də İsrail baş naziri Binyamin Netanyahu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAGATE) tərəfindən qətiliklə rədd edilməsinə baxmayaraq, İranın razılaşmanı pozulduğunu iddia edir. Bununla da Tramp regional müharibəyə təhrik edir.

Silah satışı
 
Tramp müdafiə şirkətlərinin mənfəətini sülh və hətta milli təhlükəsizlikdən üstün tutur. O, Obama dövründə Bəhreyn və Nigeriya kimi xroniki insan haqları pozucularına silah satışının dayandırması qərarını ləğv edərək, həm də ABŞ istehsalı olan silahların ixracı vasitəsilə, silah istehsalçılarına daha çox iş yeri yaratma planı çərçivəsində məhdudiyyətləri azaldıb.

Bir il əvvəl Tramp Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah razılaşması imzalayıb, halbuki səltənət Yəməndə hərbi cinayətlər törədir, minlərlə dinc sakini öldürür və dünyanın ən pis humanitar böhranını yaradır.

“Amnesty International”ın silah nəzarəti üzrə eksperti Patrik Uilken “Newsweek”-ə bildirib: “ABŞ-dan gələn silahların milis qruplarının əlinə keçməsi və ya insan haqlarının pozulduğu dövlətlərə verilməsini bir daha gördük”.

İşgəncə
 
Tramp nəinki məhbuslara işgəncə veriləcəyi, həm də “bundan çox pis” işlər vəd edib. Mayk Pompeo – ABŞ-ın ən yaxşı diplomatı – Buş administrasiyası dövründə işgəncə proqramını həyata keçirənlərin “vətənpərvərlər” olduğunu iddia edən şəxs dövlət katibi təyin olunub.

Bundan əlavə, Trampın yeni CIA direktoru Cina Haspel, “New York Times”-ın yazdığına görə, “terrorda şübhəli sayılanların işgəncələrinə nəzarət edib və daha sonra Taylandın gizli həbsxanasında acınacaqlı sorğu sənədlərini – videokasetləri məhv edib”.

Terrorizmi təhrik etmək
 
Neonatsist və ağ irqçiləri “yaxşı insanlar” kimi tərifləyən və Amerika cəmiyyətinin ən pis elementlərinin dəstəyini alan Tramp ABŞ-da sağçı ekstremizm dalğası yaradıb. Neonatsistlər qürurla və cəsarətlə küçələrə axışır, siyasi vəzifələri tutur, tədricən cəmiyyətin dibindən ana zirvəyə yüksəlir və azlıq icmaları üçün ölümcül nəticələrə səbəb olurlar.

2016-cı ildə Tramp tərəfdarları prezident seçkisindən sonra Kanzasda Somali qaçqınlarının mərkəzinə bomba qoymağı planlaşdırırdılar və keçən il Minnesota ştatında üç Tramp tərəfdarı ABŞ müsəlmanlarını “qorxutmaq” üçün məscidə qumbara atıb.

Nundan sonra, Kvebek şəhər məscidində altı müsəlmanı soyuqqanlı şəkildə öldürən və Trampın anti-müsəlman əhval-ruhiyyəsinə dəstək verdiyini ifadə edən silahlı adam xatırladılmalıdır; müsəlmanlara və yəhudilərə nifrət ifadə edən parklandlı atıcı 17 nəfərin ölümünə bais olub; və bir müsəlman qızın müdafiəsinə gəldikləri üçün qatarda iki adam öldürən portlandlı təcavüzkar unudulmamalıdır.

Bu, ayrı-ayrı hadisələr deyil, Trampın 2015-ci ildə namizədliyini irəli sürdüyü andan müsəlmanlara qarşı nifrətli cinayətlərin narahatlıq doğuran bir hissəsidir.

Bütün bu və digər səbəblərə görə Tramp qlobal sülhü təşviq etməklə bağlı dünyanın ən nüfuzlu mükafatına ən nalayiq namizəddir. Trampı Nobel Sülh Mükafatını mükafatlandırmaq – onun siyasət və ritorikasının çəkisi altında olanlar arasında düşmənçiliyi, irqçiliyi, cinsiyyətçiliyi və hədsiz laqeydliyi müqəddəsləşdirmək və normallaşdırmaq olardı. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar