Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində - Fotolar


Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd ediblər


Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri  Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişlər.Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. 
Rayon ictimaiyyəti nümayəndələri  hərbi hissədə xidmət edən gənclərlə görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.

 Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunub.

Konsertdə Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü  və dəstəyi ilə yeni yazılmış, sözləri  şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “ Azərbaycan Əsgəri” mahnısının təqdimatı olmuş, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun,  2008-ci il  Azəristar müsabiqəsinin qalibi İlkin  Əhmədovun və Tural Salmanovun ifasında səslənən mahnı tədbir iştirakçıları  tərəfindən alqışlarla qarşılanıb.      
                                                                             
Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.

pia.az











Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar