Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mosul İŞİD-dən alınır


İraq ordusu Mosuldan sonra Suriyaya daxil ola bilər


Dekabrın sonunda Mosul əməliyyatının ikinci mərhələsinə başlayan İraq ordusu artıq şəhərin içərisində daxil olub. Ötən həftə sonu İraq ordusu ağır döyüşlərdən sonra Mosul Universitetinə daxil olub. 

Universitet binası ilə ətrafda xeyli sayda binalar təmizlənib. 

Son məlumata görə, hazırda Mosulun şərq məhəllələrinin böyük qismi ordu qüvvələrinin nəzarəti altındadır. Bu səbəbdən də şəhərin qərb məhəllələrinə irəliləyişi dayandırmaq üçün İŞİD körpüləri yandırıb. Bundan başqa şəhərin cənubundakı əs-Salam rayonu da İŞİD-dən geri alınıb. 

Xatırladaq ki, Mosulun azad edilməsi əməliyyatı ötən ilin oktyabrında başlayıb. Əməliyyat ilk həftələrdə çox sürtli olub, bir sıra ətraf rayonlar sürətlə təmizlənib, ancaq Mosulun içərisində daxil olan ordunun irəliləməsi yavaşıyıb, hətta bir müddət dayanıb. Bu isə Mosuldə əhalinin çoxluğu, İŞİD-in dinc əhalidən qalxan kimi istifadə etməsi ilə bağlı olub. Mosuldan 100 minə yaxın dinc insan çıxarılsa da, hazırda şəhərdə hələ də yüz minlərlə insanın qaldığı güman olunur. Bu isə əməliyyatı çətinləşdirir, üstəlik şəhərin quruluşu, gizli sığınacaqlar, terrorçular üçün əlavə müqavimtə imkanları yaradır. Bu səbəbdən Mosulun içərisində əməliyyat həyata keçirən İraq ordusu xüsusi təyinatlıları çətinliklə irəliləyir. İŞİD-in aramsız canlı bomba, minalanmış avtomobillə partlayış hücumları ordunun irəliləməsi qarşısında ciddi maneədir. 

Image result for Musul IŞİD

Mosul İraqın ikinci böyük şəhəridir. Ölkənin şimal-qərbindəki strateji əhəmiyyətli bu şəhər 2014-cü ilin iyununda İŞİD tərəfindən ələ keçirilib. Şəhərlə birlikdə İraqın böyük bir ərazisi də İŞİD-in nəzarəti altına düşüb. İraq hökuməti Mosul və digər şəhərlərin geri alınması üçün səfərbərlik elan edib. 2014-cü ildə hökumət kabineti yenidən formalaşdırılıb, ordu komandanlığı böyük heyətlə istefaya göndərilib, bir çoxunun isə yeri dəyişdirilib. Bundan başqa, ümumxalq səfərbərliyi elan edilib, din alimlərinin də çağırışı ilə könüllü müdafiə qüvvələri yaradılıb. Ancaq buna baxmayaraq Mosulun azad edilməsi əməliyyatı bir neçə dəfə təxirə düşüb. 



2016-cı ilin 17 oktyabrında başlayan əməliyyatda ümumilikdə 100 mindən çox silahlı hərbçi iştirak edir. Bunların böyük qismi İraq ordusu, polis qüvvələri, bir hissəsi könllül ordu qüvvələri - “Həşdi Şabi” birlikləri, bir qismi Şimali İraq kürd administrasiyasına bağlı olan peşməgə qüvvələri və nəhayət, Türkiyə ordusunun Başika düşərgəsində təlim keçdiyi silahlı tayfa qüvvələridir. Ancaq əməliyyatın əsasını İraq ordusunun xüsusi təyinatlı qüvvələri təşkil edir. Xüsusi hazırlanmış bu qüvvələr Mosulun içərisindəki əsas əməliyyatlara qatılır. Qərb ölkələrinin və Türkiyənin təzyiqi ilə hökumət “Həşdi Şabi” birliklərinin Mosul əməliyyatına daxil etməyib. Dekabrın əvvəlində İraq parlamenti “Həşdi Şabi”yə ikinci rəsmi ordu statusu verən qərar qəbul etsə də, bu birlikləri şiə ağırlıqlı olması (135 min aktiv hissəsinin 100 indən soxunu şiələr təşkil etdiyiiddia olunur - K.R.) və sünni əhaliyə qarşı zorakılıq olması haqda etirazlardan sonra hökumtə bu qüvvələri Mosulun ətrafında yerləşdirilib. Kürdlər isə yalnız Mosulun ətrafında Ərbilə doğru kəndlərdə təmizlik aparırlar. 


Bu səbəbdən də əməliyyatın əsas ağırlığı ordunun üzərindədir, ordu isə məhz ciddi müqavimət səbəbi ilə irəliləyə bilmir. Ancaq İraq ordusunun artıq şəhərin mərkəzi məscidini təmizlədiyi ilə bağlı məlumatlar var. Mosulun azad edilməsi İŞİD-in ən böyük dayağını, İraqda faktiki olaraq gücünü itirməsi deməkdir. Bəzi iddialara görə, İraq ordusu və könüllü ordu birlikləri İŞİD-in Mosuldan çıxarılmasından sonra qərbə odğru irəliləyib Suriya ərazilərinə daxil olmağı planlayır. 

“Həşdi Şabi” birliklərinin əsasə hədəfi məhz budur. Bir neçə gün əvvəl “Həşdi Şabi” birliklərinin komandirinin Moskvaya və Dəməşqə səfərlərinin əsas məqsədinin Mosuldan sonrakı əməliyyat olması ilə bağlı iddialar var. Artıq birləşmənin komandanlığı da Mosuldan sonra İŞİD-in Suriyadakı hədəflərinə də hücum ediləcəyini bildirib. Bu isə Mosul əməliyyatının taleyindən çox asılı olacaq. Şəhər təmizləndirkdən sonra yəqin ki, İraqda artıq ciddi dayaqalrı qalmayan terror təşkilatı güclərini Suriyaya kəçirəcək, burda möhkəmlənməyə çalışacaq. Bu isə İraqdakı savaşın Suriyada davam edəcəyi anlamına gəlir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar