Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk Qrupunun 24 illik fəaliyyəti Ermənistanı qane edirmi?


Fazil Mustafa: “Ermənistan müstəqil dövlət olmadığına görə, Rusiyanın mövqeyinin dəyişməsi daha önəmlidir”


Əhəd Məmmədli: “Minsk Qrupunun fəaliyyəti Azərbaycana heç bir xeyir gətirmədi və bundan sonrakı dönəmdə də gətirəcəyini düşünmürəm”.

Dünən prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyini deyən prezident İlham Əliyev görüş zamanı gələcək danışıqların, habelə prezidentlər səviyyəsində mümkün görüşün müzakirə ediləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, Avropadan gələn təzyiqlər qarşısında Ermənistan danışıqlar prosesinə qayıdır.

Onu da qeyd edək ki, ATƏT-in Minsk qrupu 24 illik tarixini qeyd edir. Və bu zaman çərçivəsində vasitəçilərin heç bir uğurundan danışmaq belə imkansızdır. Görünən odur ki, 24 il ərzində ATƏT-in Minsk Qrupu münaqişəni dondurmaq üçün əlindən gələn hər şeyi edib. Yəni, Ermənistanın Azərbaycan torpaqlarında meydan sulanması üçün hər şeyi...

Prezidentlərin qarşıdan gələn görüşündə status-kvonu dəyişdirə biləcək hansısa addımların atılacağına ümid etmək olarmı?Həmçinin Minsk Qrupunun fəaliyyətinin Azərbaycanı qane etmədiyi özü-özünə aydındır. Bəs görəsən, Minsk Qrupunun 24 illik fəaliyyəti Ermənistanı qane edirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı deputat Fazil Mustafa və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib. 

Image result for fazil mustafa

Fazil Mustafa: “Minsk Qrupunun bütün fəaliyyəti Ermənistanın ayaqda durmasına haqq qazandırmaqdan ibarət olub”.


Yaxın zamanlar ərzində status-kvonun dəyişməyəcəyini ehtimal edən deputat Fazil Mustafanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistandan daha çox,Rusiyanın mövqeyinə daha çox önəm verməliyik:

“İndiki şəraitdə status-kvonun dəyişdirə biləcək addımların olduğunu düşünmürəm. Çünki Ermənistan müstəqil dövlət olmadığına görə, Rusiyanın mövqeyinin dəyişməsi daha önəmlidir. Artıq Ermənistan Rusiyanın bir əyalətidir. Bu baxımdan biz Rusiya tərəfindən səslənən fikirlərə daha çox diqqət ayırmalıyıq. Əks halda Ermənistanın hansısa mövqedə dəyişikliyi mümkün deyil və buna icazə də verməzlər. Ermənistan müstəqil şəkildə hansısa qərar qəbul etmək imkanını çoxdan itirib. 

BMT-in 24 illik fəaliyyətinə gəlincə, bunu Ermənistanda atəşfəşanlıqla qeyd etməlidirlər. Çünki Minsk Qrupunun bütün fəaliyyəti Ermənistanın ayaqda durmasına haqq qazandırmaqdan ibarət olub. Bu baxımdan BMT-nin yubileyini Ermənistan üçün əlamətdar gün hesab etmək olar”.

Image result for əhəd məmmədli
Əhəd Məmmədli: “BMT-nin fəaliyyətsizliyi Ermənistanı tam qane edir”.


Status-kvonun danışıqlar hesabına dəyişəcəyinin mümkün olmadığını vurğulayan politoloq Əhəd Məmmədliyə görə, indiki şəraitdə BMT-nin fəaliyyəti belə Ermənistan üçün əlavə imkanlar yaradır:

“Əvvəla onu deyim ki, status-kvonu danışıqlarla dəyişmək mümkün deyil. 24 ildir ki,  danışıqlar masasında bir addım da olsa irəliləyə bilməmişik. Bu gedişlə irəliyə bilməyimiz də çətin görünür. Bu yaxınlarda düşmən ölkənin prezidenti və qərargah rəisi bir daha vurğuladılar ki, Azərbaycana heç bir güzəşt edilməyəcək. Bu da o deməkdir ki, bizim bir çıxış yolumuz qalır, bu da münaqişəni  hərbi yolla həll etməkdən ibarətdir. 

Heç olmasa, ilk öncə danışıqlar masası olan yeddi rayonu qaytarmalıyıq. Məlum dörd günlük müharibə zamanı Azərbaycan ordusunun azca uğuru qarşısında Ermənistan BMT-yə məcbur müraciət etməyə məcbur oldu ki, Azərbaycanı dayandırsınlar.  Bu o deməkdir ki, ermənilər ancaq güc dili ilə başa düşürlər.

Minsk Qrupunun fəaliyyətinə gəldikdə isə, təbii bu fəaliyyət daha doğrusu, fəaliyyətsizlik Azərbaycana heç bir xeyir gətirmədi və bundan sonrakı dönəmdə də gətirəcəyini düşünmürəm. Çünki Minsk Qrupunun üç  həmsədrindən ikisi - Rusiya və Fransa Ermənistanın ən yaxın müttəfiqləridir. Eyni zamanda ABŞ-da da güclü erməni lobbisi var. Ermənistanı isə bu fəaliyyətsizlik tam qane edir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar