Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank “süni” şəkildə manat qıtlığı yaradır? - Ekspert rəyi


“Mərkəzi Bankın manat bazasının azaldılması ilə bağlı siyasəti birbaşa dollara tələbatın azaldılması və tənzimlənməsi məqsədi daşıyır”


”İnzibati metodla manat bazasının azaldılması real sektora neqativ təsir göstərir”.

Bu sözləri PİA.AZ-a  iqtisadçı-ekspert Vüqar Bayramov son vaxtlar ölkədə yaranan manat qıtlığına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankda keçirilən son iki hərracda dollar manat qarşısında möhkəmlənsə də, banklarda dolların qalxması müşahidə olunmur, az da olsa məzənnə aşağı düşür. Əksinə ölkədə manat qıtlığı yranıb. Marja məlumat verir ki, bəzi banklar manatla öz cari hesabından pul çıxardan fiziki və hüquqi şəxslərə dollar təklif edir. Bu faktın özü də qəribə və məntiqə sığmayan mənzərə yaradır. Çünki təbii olaraq ortaya sual çıxır. Bir ay öncə ölkədə ciddi dollar qıtlığı olduğu halda, indi manat qıtlığının yaşanması iqtisadi mənitə nə qədər uyğundur? Və hazırda yaşanan manat qıtlığı hansısa iqtisadi əsaslara dayanır, ya "süni" şəkildə yaradılır?  Mərkəzi Bank manatı dövriyyədən  kütləvi şəkildə azaltmaqla hansı nəticələrə nail omaq istəyir?

Bu suallarla PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vüqar Bayramova müraciət edib.

PKKLGjO+URwdYKsYEXT2PauMVmw7kzdv3geVvkgAjKRhGOa7Pr269Yq428mT2QVzfRmrEsPKVIa+6boaA+RjEmY6knNRXZKOOU3SKzVq1sp22zFxptFOrzqkmHgmDJ6CYXQtJeUBtQFlkoh8yA6qS1rtktaM+shV9m1fszGhvJgwbwDucZOZxVgLKzKB0YeCpnn+iNMPEf6mcstdnc1xvsukmYjDHdwQltdZNCi497cLuPyFimPkSrsc+aKMuP03QsJEk/PUvFpPoglTtIqSb0eL0w1Ap9l0BaqgvNouLTkejBGq6tVmC9UpvAkCbpAk5Cd6g8iRbHDJkzUljxVdVaYAaWzvLoOHUFralocc3HtKqtCWGqxgYaNQAZEscPcpz6TtrSOorNObkzXDEorvYpqHee0pL53ntKa2m45A9il0NHuOZAUUpPQ5ShHZGFV3rHtKXln+u7tKsRovpKadG/OKs9ORS82P6FebQ/1z2oQdxU20Weiz06obwmT2BQxWs5PNrt/ia4DthR4TRJZcTDNtrxk49yhaAqFza9d2Jq1Q0H8NMSe8t7FI0jUots9R4e1xDCBdeDLjgD2lMslHk6FGnuYHH2qnPPiB1K7GmtlGWUX8pL5QJFEc5KrCqjDEppSBIs6N7Y68mOSuTSnQNkC0ZlRwpNpzUcK9aMMtss9F1J5qn1rPIVRo089aehTBBkbPimQMtXplp4J9Ny0FCzMcTeaDhtxXn2WmDgxo6AEDKQugKOa5lX1opi4cBluCp3sE5IAstHWym0EOpBzsMcFKdpBuymOwKkmCYRGlAHW/Jg0mhUeTg6oYb6sAA9q2L67Rm4DpIXCdCV3se245wlwkAmDjtC3zSqpz4svxYuauy/0xbGuFxrgSTiJBwGJVDQqc973iGt5o3YZn53Kr0xsxIx2EjwVRUt1QUnsvm7lHA8c1mnLkzo4cKjA1NC1BtJ9aqIBktnYwej259aprBrIxtMvrAh7ySxgOIbsLtygW621KjWNe4ubnGGzLJZ6li507yp44qTplfkyeJKvcudI6aqVgWB0NJy2xuxVTSsQmC4jpA8VDquIdIKtwcOlq0cElS6MHqtu5Kx9OwMGyekyjCBgIHQnUsuxLSGfSsE7Unbujt4uLgnBVZvtE2ynSptYLRSAAA5gEzt5zp245bVKrW6yn0nPe7MGbxB3tumGnqC49pe1PbUhriOaDgelTNA6btDnhrqkji1njC3Y23FM43kJKbSOnM0vWBmni3/lgnqugR1kp9W31X+keoYKJZvRaeCJWcQ0kZgFSKBxO89qDX0lRp+lUb0DE9gXPdK2+q95vPcRuJw7EOgczA7AihGyr61NGFNhPEx/jvVVatNVauF8gbm/HAd6prMbwJdie7sySsMiTn87EwDxOOfH0u84DvSF3X3x1nAINFxcDOMfOSZZDf9LHHq2bMkAPFMVqtKkIN57QcScJxx6JyWttb5cTx7tizurgm1tnZTqEcCA4BX9ZJkokWo5Ih1SvJWWUf//Z" alt="Image result for vüqar bayramov">

Vüqar Bayramov: “Mərkəzi Bankın manatın bazası ilə bağlı apardığı siyasəti dəyişdirməsinə ehtiyac var”.


İqtisadçı belə hesab edir ki, Mərkəzi Bankın inzibati metodla yaratdığı manat qıtlığı real sektoru məhv edə bilər. İdxal və ixrac biznesinin əsas valyutası olan manatın belə bir vəziyyətə salınması ölkə üçün heç də səmərəli deyil. Mərkəzi Bankın bu siyasəti tezliklə dəyişməsinə ehtyac var. Dolların məzənnəsini sabit saxlamaq üçün aparılan bu metod orta və uzunmüddətli dövrdə real sektoru stimullaşdırmır:

“Manat qıtlığı manat bazasının azalması nəticəsində baş verir. Mən daha əvvəl də verdiyim müsahibələrdə bildirmişdim ki, Mərkəzi Bank manatın bazasını azaltmağa çalışır. Əvvəl Mərkəzi Bank manatı müdxilə yolu ilə azaltmağa çalışırdı ki, buna da ehtiyac yox idi. Yəni dolları satıb manat alırdı, aldığı manatı da istifadə etmirdi. Nəticədə manatın bazası azalırdı. İndi isə Mərkəzi Bank hərracda depozitlər vasitəsi ilə manat bazasının azaltmağa çalışır. 

Mən manatın bazasının azaldılmasına qarşıyam və düşünürəm ki, bu qısamüddətli dövrdə dolların məzənnəsinin tənzimlənməsinə imkan yaratsa da orta və uzunmüddətli dövrdə real sektorun inkişafını stimullaşdırmır. Bu baxımdan manatın bazasının azaldılması birbaşa Mərkəzi Bank tərəfindən manatın dövriyyədən yığılması ilə bağlıdır. Amma bu yanaşmanın dəyişdirilməsinə ehtiyac var. Çünki real sektora manat lazımdır. Sahibkarlara, vətəndaşa, alıcılıq qabiliyyətinin artması üçün manat çox vacibdir. Düşünürəm ki, bu iqtisadi metoddan daha çox inzibatı metoddur.

Vüqar Bayramov: “Manat yalnız qısamüddətli dövrdə dolların məzənnəsini optimallaşdıra bilər”.


İnzibati metodla  manat bazasının azaldılması real sektora neqativ təsir göstərir. Bu da nəticə etibarı ilə real sektorun sərmayə imkanlarını məhdudlaşdırır.Manat bazasının inzibati və digər metodlarla məhdudlaşdırılması məqsədəuyğun deyil. Qısamüddətli dövrdə manat dolların  məzənnəsini optimallaşdıra bilər. Lakin orta və uzunmüddətli dövr üçün doğru strateji yanaşma deyil. Çünki orta və uzunmüddətli dövr üçün real sektorun inkişafı və ixrac imkanları  daha vacibdir. Bu baxımdan Mərkəzi Bankın manatın bazası ilə bağlı apardığı siyasəti dəyişdirməsinə ehtiyac var. İnzibati metodlarla deyil, daha çox valyuta bazarının optimallaşdırılmasına hesablanmış iqtisadi metodlarla proses tənzimlənməldir. Mərkəzi Bank real sektorun inkişafı baxımından çalışmalıdır ki, növbəti dövrlərdə manat artsın və bu sektor inkişaf etsin. Əks halda manat qıtlığı real sektor üçün mənfi nəticələr yaradacaq. 

Mərkəzi Bankın manat bazasının azaldılması ilə bağlı siyasəti birbaşa dollara tələbatın azaldılması və tənzimlənməsi məqsədi daşıyır”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar