Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin etirafları


“Tənhalıqdan xilas olmaq üçün fahişələrin yanına gedirdim”


Kulis.az Nobel mükafatçısı Qabriel Qarsiya Markesin həyat qaydalarını təqdim edir.

1. Mən həmişə sabun köpüyü operası yaratmaq istədim. Yeganə arzusu gördükləri işə görə sevilmək olan mənim kimi insanlar üçün sabun köpüyü operası yaratmaq romandan daha effektivdir.

2. Biz qəlibləşmiş dillə mübarizə aparmağa məcbur oluruq. “Xalq”, “demokratiya” kimi öz mənasını itirmiş sözlərlə. Seçkini kim təşkil edirsə, o özünü demokrat hesab edir.

3. Bir dəfə nağıl yazmağa çalışdım, ancaq yaxşı alınmadı. Yazdıqlarımdan birini oğluma göstərdim, hələ onda balacaydı. Mənə dedi ki, ata, sən uşaqları tamam axmaq hesab edirsən?

4. Xoşagəlməz sürprizlərin qarşısını almağa cəhd edirəm. Eskalatordansa pilləkənlərə üstünlük verirəm. Təyyarədən başqa hamısı yaxşıdır.

5. ABŞ Latın Amerikasına çoxlu pullar yatırır. Amma bizim bir qəpiksiz gördüyümüz işi onlar bacara bilmir. Biz onların dilini, musiqisini, ərzaqlarını, sevgilərini, düşüncə tərzini dəyişirik. ABŞ-ın bizə təsir etmək istədiyi kimi biz onlara təsir edirik.

6. QİÇS yalnız sevgi riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül xəstəlikdir.

7. Gənc olanda fahişələr mənim dostlarım idi. Mən onların yanına sevgi məşqləri etmək, tənhalıqdan qurtulmaq üçün gedirdim. Həmişə demişəm ki, səhər yeməyini tək yeməmək üçün evlənmişəm. Əlbəttə, Mersedes (həyat yoldaşı – red.) demişdi ki, sən it oğlu, itsən.

8. Həyat yoldaşım və iki balaca oğlum olanda piar meneceri və kinossenarilərin redaktoru kimi çalışırdım. Kitab yazmaq üçün isə bu işlərdən imtina etmək lazım idi. Mən maşınımı satdım və bütün pulu həyat yoldaşım Mersedesə verdim. Xanımım işim üçün lazım olan kağız, siqaret və başqa şeylərlə təmin edirdi. Kitabı yazıb qurtarandan sonra məlum oldu ki, bizim qəssaba 5 min peso borcumuz var. Bu çox böyük məbləğ idi. Mənim vacib bir kitab yazmağım haqqında ətrafda söhbətlər dolaşırdı. Söhbət baqqallara da gedib çıxmışdı. Kitabımın nəşri üçün 160 pesoya ehtiyac vardı, mənimsə cibimdə isə 80 peso qalmışdı. Onda mən Mersedesin saç feni və mikserini satdım. Həyat yoldaşım məsələdən xəbərdar olanda mənə dedi ki, roman pis olsa vay halına.

9. Hansısa işin içinə qadınlar girdisə, bilirəm ki, hər şey yaxşı olacaq. Mən tam əminəm: dünyanı qadınlar idarə edir.

10. Qadınlar bircə xəyanəti bağışlamır. Onlar oyun qaydalarını qabaqcadan biləndə hər şeyi qəbul edirlər. Ancaq oyunun qaydaları dəyişəndə dözə bilmirlər. Belə olanda onlar qəddarlaşırlar.

11. Kubada ədəbiyyat üzrə professorlarla mübahisəmiz düşmüşdü. Onlar deyirdilər ki, “Yüz ilin tənhalığı” qeyri-adi romandır, ancaq heç bir çıxış yolu göstərmir. Bu mənim üçün doqmadır. Mənim əsərlərim situasiyanı göstərir, çıxış yolunu yox.

12. Mən kiçik burjuaziya yazıçısıyam. Yanaşmalarım da həmişə kiçik burjuaziya kimi olub. Bu mənim səviyyəm və öz baxış bucağımdır.

13. Yazıçı olmasaydım, barda pianoçu olardım. Mən belə olsaydım, sevgililərin bir-birini daha güclü sevməsinə kömək edə bilərdim.

14. Mənim vəzifəm özümü sevdirməkdir, ona görə də yazıram. Çox qorxuram ki, məni sevməyən biri olsun. İstəyirəm, heç olmasa bu müsahibədən sonra məni sevsin.    

15. Böyük fəlakətlər həmişə böyük bolluq gətirir. Buna görə insanlar yaşamaq istəyirlər.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar