Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madrid prinsipləri çərçivəsindəki danışıqlar davam edir


ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uolker: “Nazirlər razılığa gəldilər ki, daha əvvəl əldə olunan nəticələr əsasında birgə işi davam etdirsinlər”


Noyabrın 19-da Vyanada Azərbaycan prezidenti İlham ƏliyevErmənistan prezidenti Serj Sərkisyan arasında təxminən 2 illik fasilədən sonra danışıqların bərpa edilməsi münaqişənin həlli ilə bağlı yeni ümidlər yaradıb. Hər halda, son vaxtlar verilən bəyanatlar bunu deməyə əsas verir.

Vyana görüşündən sonra xarici işlər nazirləri Edvard Nalbəndyanla Elmar Məmmədyarovun Kiyevdə bir araya gəlməsi danışıqların bundan  sonra da intensivləşəcəyinin anonsu sayıla bilər. Danışıqların yenidən bərpa olunmasında Minsk Qrupu həmsədrləri arasında ABŞ  təmsilçisi Ceyms Uorlikin xüsusi fəallığı diqqət çəkir. Bu ilin sentyabrında fəaliyyətə başlayan Ceyms Urolikin təşəbbüsü ilə  dekabrın 5-də Kiyevdə EL hərəkatının sədri Eldar Namazovla Ermənistan MTN-in keçmiş şefi, erməni politoloq David Şahnazaryanın da  görüş təşkil edilib.

Maraqlıdır ki, rusiyalı həmsədr İqor Papov bu görüşüdə iştirak etməyib və bunu, səbəbi hələ də aşıqlanmır.  Ehtimallara görə, ABŞ-ın münaqişənin həlli ilə bağlı son fəallıqları Rusiyanın ürəyincə deyil. ABŞ-ın Türkiyənin Ermənistanla  sərhədi açması ilə bağlı yarıgizli danışıqları da rəsmi Moskvanı qıcıqlandırır. Vaşinqton Türkiyə  və Ermənistan danışıqlarında  gələn il ATƏT-ə sədrlik edəcək İsveçrənin vasitəçiliyindən də istifadə edir. 2010-cu ildə Türkiyə və Ermənistan arasında Sürixdə  imzalanan protokollar indi Vaşinqtonu daha çox maraqlandırır. Yada salaq ki, Türkiyə ilə Ermənistan arasındakı 10 dekabr 2009-cu  ildə imzalanan protokollardan sonra Ermənistan Konstitusiya Məhkəməsi protokolu konstitusiyaya zidd hesab edib və buna görə  Ankara-İrəvan arasında diplomatik danışıqlar başlamayıb. Və aradan dörd il vaxt keçsə də, hər hansı bir irəliləyiş olmayıb.
























ABŞ həmsədri APA-ya son müsahibəsində danışıqlarla bağlı bəzi detalları açıqlayıb.       
“Vyanada və Kiyevdə keçirilmiş son danışıqlar göstərdi ki, tərəflər doğrudan da indiki dalan vəziyyətindən çıxmaq istəyirlər. Mənim  üçün xoş idi ki, Kiyevdəki son görüş nazirlər üçün həssas və mürəkkəb məsələləri müzakirə edərək irəliləyiş üçün yol tapmaq şansı  verdi. Onların yaxın həftələrdə qarşılıqlı fəaliyyəti münaqişənin sülh yolu ilə ədalətli həlli üçün real imkanlar yaradır, lakin  etiraf etmək lazımdır ki, bu, ən yüksək səviyyədə siyasi iradə tələb edir”.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik APA-ya müsahibəsində belə deyib.

“Hazırda aparılan danışıqlar daha əvvəl səsləndirilmiş təkliflərə əsaslanır, yoxsa həmsədrlər bu yaxınlarda hansısa yeni ideyalar  təklif edib” sualına amerikalı həmsədr belə cavab verib: “Nazirlər ötən həftə razılığa gəldilər ki, daha əvvəl əldə olunan  nəticələr əsasında birgə işi davam etdirsinlər. Eyni zamanda bütün tərəflər uzunmüddətli həll üçün yollar və vasitələri nəzərdən  keçirməyə açıqdır. Biz bundan sonra da irəliyə doğru hərəkət etmək üçün danışıqlara dəstək verəcəyik”. Bu, o anlama gəlir ki,  danışıqlarda müzakirə predmeti yenə Madrid prinsipləri çərçivəsində aparılır.    

Yada salaq ki, münaqişənin nizamlanması ilə bağlı Madrid prinsipləri adlanan sənəd tərəflərə ilk dəfə 2007-ci il noyabrın sonunda  təqdim olunub. Bundan sonra AzərbaycanErmənistan prezidentlərinin 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də  Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın  8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda, oktyabrın 27-də  Həştərxanda, 2011-ci il martın 5-də Soçidə, iyunun 24-də Kazanda, 2012-ci il yanvarın 25-də isə Soçidə 14 görüşü keçirilib.  Azərbaycanın təkliflərindən sonra yeniləşən Madrid prinsipləri bu illər ərzində məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe  nəticəsində reallaşmayıb.

Azərbaycanın 5 rayonunin boşaldılmasını (üstəgəl Laçının da 13 kəndinin işğaldan azad edilməsini) nəzərdə tutan Madrid  prinsiplərində münaqişənin nizamlanmasının bütün mərhələləri öz əksini tapıb. Nizamlanmanın birinci mərhələsində 5 rayon və Laçının  13 kəndi azad olunmalıdır. Bu ərazilərdən erməni qoşunları çıxarıldıqdan sonra bütün sərhədlər və kommunikasiyalar açılmalı,  minalanmış torpaqlar təmizlənməli və dağıdılmış kommunikasiyalar bərpa olunmalıdır. Bundan sonra regionda sülhməramlı müşahidəçilər  yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməlidir. Növbəti mərhələdə LaçınKəlbəcər rayonları  tamamilə işğaldan azad edilməli, azərbaycanlı icma Dağlıq Qarabağa qayıtmalı, bundan sonra Azərbaycanın ərazi bütövlüyü  çərçivəsində Dağlıq Qarabağın hüququ statusu müəyyən edilməlidir.

Ermənistan tərəfi illərdir ki, 5 rayonun boşaldılması təklifi ilə  bağlı razılaşma olarsa, bu halda Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə və buna qədər LaçınKəlbəcər rayonlarının işğalda qalmasına çalışır. Azərbaycan isə bu təklifi qəbuledilməz sayır. Rəsmi Bakı yalnız o halda razılıq verəcəyini  deyir  ki, Dağlıq Qarabağın statusu məsələsi ən azı beş il sonraya saxlanılsın.

Amerikalı həmsədr müsahibədə İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu barədə də danışıb. Ceyms Uolker deyib ki, gələn  il ATƏT-ə sədrlilik  Ukraynadan İsveçrəyə keçir ki, bu da Qarabağ danışıqlarına yeni impuls verəcəyinə ümid yaradır. “2014-cü ildə  İsveçrə ilə birgə işi səbirsizliklə gözləyirik. Minsk Qrupu münaqişənin həlli formatı olaraq qalır. Lakin İsveçrənin münaqişələrin  həlli ilə bağlı öz tarixçəsi var və bu ölkənin bölgəyə fəal cəlb olunmasını yalnız alqışlamaq olar” deyə, amerikalı həmsədr  bildirib.

Türkiyə-Ermənistan sərhədi məsələsində Vaşinqtonun istəklərini nəzərə alsa da, Azərbaycanın maraqları da önəmlidir. Sabah-dekabrın  12-də Türkiyə xarici işlər naziri Ermənistana gedir.            
Davudoğlu  “Qaradəniz İqtisadi Əməkdaşlıq zirvəsi” çərçivəsində İrəvanı ziyarət edəcək və iki ölkə arasındakı əlaqələrin yenidən  normallaşması üçün təkliflə çıxış edəcək.
Davudoğlunun İrəvanı ziyarəti çərçivəsində erməni həmkarı Nalbəndyan və prezident Serj Sərkisyanla görüşməsi planlaşdırılır.  Türkiyə mənbələrinin məlumatına görə, rəsmi Ankara sərhəd şərti kimi Ermənistanın 1993-cü ildə işğal etdiyi Ağdam, Kəlbəcər, LaçınCəbrayıl, Füzuli, QubadlıZəngilan daxil olmaqla, yeddi rayondan ən azı ikisindən çıxmasını istəyir. Diplomatlar Davudoğlunun  İrəvana çatdıracağı təklifin Ermənistan üçün vacib bir fürsət olacağını düşünürlər.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar