Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korgöz qəsəbəsində səyyar görüş - Qaradağda

Aprelin 29-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib


Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və 200-dən artıq qəsəbə sakinləri iştirak etmişlər. 

Görüş qəsəbədə yeni salınmış istirahət parkında keçirildi. Rayon İcra hakimiyyətinin başçısı parka toplanmış insanlarla söhbət etdi, onları narahat edən problemləri dinlədi, qəsəbədə görülmüş işlər və gələcəkdə görüləcək işlər haqqında danışdı.

Qəsəbə sakinləri adından çıxış edən Ulduz Əhmədova ölkə başçısı, cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, məhz son 5 ildə qəsəbədə böyük işlər görülmüşdür. Belə ki, 40 ilə yaxın idi ki, bu qəsəbədə su yox idi. Məhz son illər qəsəbəyə su çəkildi. Bundan əlavə qəsəbədə yeni uşaq bağçası açıldı, əhalinin istifadəsinə yeni poliklinika verildi.  

Qəbula gələn qəsəbə sakinlərindən 10 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemlər əsasən yollara yeni asfalt örtüyünün salınması,xeyir-şər evinin inşası, qəsəbədə küçə işıqlarının quraşdırılması, qəsəbədə idman meydançasının salınması, yeni iş yerlərinin açılmasıdır. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar . 
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" haqqında bir daha ətraflı məlumat verərək, rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində də danışmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar