Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsi referendumun keçirilməsi ilə bağlı müsbət rəy verdi


Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib


Rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

Xüsusi iclasda Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktı layihəsinə müsbət rəy verib. Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında 8 hakim iştirak edib. İclasda Azərbaycan prezidentinin nümayəndəsi kimi Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev iştirak edib.

Hakim Kamran Şəfiyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktını məruzə edib.

Hakim Rafael Qvaladze bildirib ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. R. Qvaladze xatırladıb ki,  Azərbaycan Konstitusiyasının qəbul və ona dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendumla həll oluna bilər.
 
PA şöbə müdiri Ş. Əliyev məruzəsində Referendum Aktını əsaslandırılmış şəkildə şərh edib. Şöbə müdiri əlavə edib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən 7 il vaxt ötüb: “Bu 7 il ərzində Azərbaycanın yeni inkişaf tələblərinə uyğun olaraq, Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 9-cu maddənin I hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Təklif edilir ki, digər silahlı birləşmələrin - yəni Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi əməliyyatlar zamanı qərargah rəislərinin birləşmiş komitəsi yaradıldın və bu silahlı birləşmələr birbaşa Ali Baş Komandana tabe olsun”.
 
O qeyd edib ki, deputatlığa namizədlərə yaş senzinin tətbiqi diskriminasiyadır: “Digər tərəfdən Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 il müddətinə qaldırılması məsələsinə toxunmaq istəyirəm. Avstriya və Finlandiyada prezidentləri səlahiyyət müddəti 7, Rusiyada isə 6 ildir. Seçkilərin keçirilməsi ucuz məsələ deyil. Seçkilərə dövlət kifayət qədər vəsait ayırır”.

 Daha sonra hakimlər müşavirəyə gedib.
 
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev layihəyə verilən rəyi elan edib. F. Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi qərara alıb ki, Referendum Aktı layihəsində göstərilən təkliflər ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər: “Konstitusiya Məhkəməsi hesab edir ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və şəxs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz”.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar