Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keyfiyyətsiz məhsulların idxalına qətiyyətlə icazə verilmir"


Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında Dövlət Gömrük Komitəsinin məsuliyyət daşıdığına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb


PİA.AZ Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, komitə bu barədə ittihamlara aydınlıq gətirib:

"Bildiririk ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir.

Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. 

Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir".

Məlumatda qeyd edilib ki, bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır:

"Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar