Kanadanın yeni təyin olunan xarici işlər naziri Xristi Frilend 2014-cü ildən Rusiyaya girişi qadağan edilən şəxslərin siyahısındadır
Musavat.com “Interfax” agentliyinə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib.
Nazirlik bildirib ki, həmin sanksiya 2014-cü ildə Kanadanın rusiyalı rəsmi şəxslərə qarşı qoyduğu sanksiyaya cavab olaraq tətbiq olunub.
Bununla belə, nazirlik onu da vurğulayıb ki, bu sanksiyalar beynəlxalq diplomatik meydanlarda əlaqə qurmağa mane olmur.
pia.az